DİN-dən DSX-nin hərbçisinin öldüyü yol qəzası ilə bağlı AÇIQLAMA
Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusunun öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
azxeber.com xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı bildirib.
O qeyd edib ki, rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edilib ki, hadisə noyabrın 22-də rayonun Şükürbəyli kəndində qeydə alınıb.
Belə ki, "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Xidmətə məxsus "UAZ" markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib.
Hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var