DİN vəkilin polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı iddialarına cavab verib

DİN vəkilin polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı iddialarına cavab veribDaxili İşlər Nazirliyi vəkil Toğrul Rzayevin peşə fəaliyyətini yerinə yetirərkən polis tərəfindən təzyiqə məruz qalması iddialarına aydınlıq gətirib.
azxeber.com report-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov, vəkil Toğrul Rzayevin Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi üzrə hüquqlarını müdafiə etdiyi şəxslə görüşməsinə şərait yaradılmadığına dair iddiaları şəxsi mülahizələri olduğunu bildirib. 
"Vətəndaş N.İsrəfilov 23.07.2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək Cavadxan küçəsi 30 ünvanında yerləşən iş otağından ona məxsus qızıl-zinət əşyalarının tanışı Zəkiyev Asif Şükür oğlu tərəfindən oğurlandığını bildirməklə tədbir görülməsini xahiş edib.
Fakta görə Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılaraq A.Zəkiyev şübhəli şəxs qismində tutulub. Elə həmin gün 23.07.2024-cü il tarixdə vəkil Toğrul Rzayev şübhəli şəxs A.Zəkiyevin hüquqlarının müdafiə olunması məqsədi ilə order təqdim edib və ona şübhəli şəxslə konfidensial şəraitdə görüş üçün şərait yaradılıb. Buna baxmayaraq iyulun 25-də A.Zəkiyev ibtidai araşdırmaya qoşulan digər vəkilin iştirakı ilə ərizə ilə müraciət edərək T.Rzayev tərəfindən hüquqlarının müdafiə olunmasından könüllü imtina edib. Buna görə həmin tarixdə vəkil T.Rzayevin cinayət prosesində iştirakına xitam verilib"-deyə Anar Qaforov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, A.Zəkiyevin ifadəsi yerində yoxlanılıb və yaşadığı ünvandan oğurluq yolu ilə ələ keçirdiyi 2 700 manat dəyərində 1 ədəd qızıl üzük, 8.000 manat dəyərində 1 ədəd qızıl qolbağ və 4 500 manat dəyərində 1 ədəd qızıl qol saatı götürülüb:
"İfadənin yerində yoxlanılması zamanı cinayət prosesində iştirakına xitam verilməsinə baxmayaraq vəkil T. Rzayev hadisə yerinə gələrək istintaq hərəkətinin keçirilməsinə qəsdən müdaxilə etməklə maneçilik göstərib.
Qeyd olunub ki, təqsirləndirilən şəxsin ondan imtina etməsinə baxmayaraq T.Rzayev məqsədli şəkildə əsassız olaraq səs-küy salıb, vəkillik fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verib.
Vəkil T. Rzayevin fəaliyyətinə polis əməkdaşları tərəfindən müdaxilə edilməyib, təqsirləndirilən şəxsin başqa vəkilə müraciəti nəzərə alınaraq o, prosesdən kənarlaşdırılıb".
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Sosial       Tarix: 28 iyul 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az bu gun cəbhədən son görüntülər son xeberler bugun 2026 muharibe valyuta mezennesi 2026