DİNİB-in tələbə və gənclərlə görüşləri davam edir - FOTO

DİNİB-in tələbə və gənclərlə görüşləri davam edir - FOTOAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Dialoq və İnkişaf  Naminə" İctimai Birliyi (DİNİB) "Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması" adlı layihəsinin icrasını davam etdirərək, Azərbaycan İlahiyyat İnstitutunda növbəti konfransı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbiri giriş sözü ilə DİNİB-in idarə heyətinin üzvü Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib. O qeyd edib ki, hər bir cəmiyyətdə milli və mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Natiq çıxışına davam edərək, Azərbaycan tolerant bir ölkə olsa da, əsas dinimiz olan islam dininin  insan məvəviyyatının formalaşmasındakı rolundan danışıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru; İlahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov qonaqları salamladıqdan sonra qeyd edib ki, dünyamızın qlobal bir "kənd"ə çevrildiyi və hakim mədəniyyətlərin öz təsirlərini gündən-günə artırdığı müasir dövrdə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması  böyük zərurət kəsb edir. Tarix onu göstərir ki, yalnız milli-mənəvi köklərinə bağlı olan xalqlar öz identikliklərini qoruyub-saxlayır və beləcə yad kimliklərin işğalından xilas ola bilirlər.  Milli-mənəvi dəyərlərimiz xalqımızın formalaşmasında xüsusi rola malik olmaqla yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də müstəsna yerə malikdir. Rektor çıxışına davam edərək bildirib ki, təqdirəlayiq haldır ki, bu gün dəyərlərimiz dövlətimizin himayəsi altında qorunur. Tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, ədəbiyyat və incəsənətimiz milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir.  Cəmiyyətimizi formalaşdıran bu dəyərlərimiz bizi intibaha yönəldir. Onları qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.
"Dialoq və İnkişaf Naminə" İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, milli-mənəvi dəyərlərimizin inkişafı, qorunması üçün dövətimiz çox böyük işlər görüb. Məsələn, İlahiyyat İnstitutunun yaradılmasını xüsusiylə qeyd etmək yerinə düşərdi. İctimai Birliyin sədri qeyd edib ki, İlahiyyat İnstitutunda təhsil alan tələbələr milli idologiyamızı dərindən öyrənməli, güclü ideoloji bilik və bacarıqlara sahiblənməlidir. Çünki, milli-mənəvi dəyərlər dövlətimizin güclü olmasına xidmət edən əsas amillərdən biridir.
"İqtisadi Araşdırmalar və Təhlil Mərkəzi"nin rəhbəri, Xəzər Universitetinin müəllimi Radil Fətullayev öz çıxışında milli mənəvi dəyərlərin iqtisadi aspektləri barədə söhbət açaraq dünyada baş verən proseslərin fonunda bəşəri dəyərlərin pozulması hərəkatlarını və onların nəticələrini təhlil edib. Həmçinin Azərbaycanda fəaliyyət göstərən müəssislərdə mənəvi və iqtisadi dəyərlərin qorunması ilə bağlı təhlillər apararaq gənclərin və alimlərin üzərinə düşən vəzifələrdən söhbət açıb. Belə ki, iqtisadi sahələr üzrə mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayan Radil Fətullayev, bu gün muəssisələrin tətbiq etdiyi marketinq siyasətinin mənəvi dəyərlərə zidd olan yönlərini və istehsal muəssisələrində insan orqanizminə zərərli olan emulqatorların istifadəsinin millətimizin gələcəyinə vura biləcək zərərlərindən danışaraq bu cür halların qarşısının alınması yolları barədə də fikir bildirdi.
"Dialoq və İnkişaf Naminə" İctimai Birliyi (DİNİB) İdarə Heyətinin üzvü, Vidadi Məmmədov çıxış edərək bildirib ki, mənəvi dəyərlər dedikdə, yalnız dini dəyərlər başa düşülməməlidir. Xüsusiylə milli-mənəvi dəyərimiz olan Azərbaycan Dilinin daima öyrənilərək ədəbi dil səviyyəsində saxlanmasına çalışmalıyıq. Azərbaycan xalqının ədəbiyyatı güclü olduğundan, mənfi təsir və cərəyanlara baxmayaraq, dilimiz dünya dilləri arasında daima mövcudluğunu saxlaya bilmişdir. Əsasən texniki sahələri əhatə edən ədəbiyyatlarımızın azlığı narahat edicidir. Natiq çıxışında vurğulayıb ki, İlahiyyat İnstitutunun gəncləri cəmiyyətimizdə öz xüsusi yerlərini tutaraq milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində mühüm işlər görəcəklər.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsi fikirlərini konfrans iştirakçılarının diqqətinə çatdırırdı.
Tədbir tələbələrin sualları və maraqlı çıxışları ilə yekunlaşıb.
DİNİB-in tələbə və gənclərlə görüşləri davam edir - FOTODİNİB-in tələbə və gənclərlə görüşləri davam edir - FOTODİNİB-in tələbə və gənclərlə görüşləri davam edir - FOTODİNİB-in tələbə və gənclərlə görüşləri davam edir - FOTODİNİB-in tələbə və gənclərlə görüşləri davam edir - FOTODİNİB-in tələbə və gənclərlə görüşləri davam edir - FOTODİNİB-in tələbə və gənclərlə görüşləri davam edir - FOTODİNİB-in tələbə və gənclərlə görüşləri davam edir - FOTO/ azxeber.com

Sosial       Tarix: 15 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az xeberler bugun 2026 sonxeber.az gunun xeberleri