Direktor müəllimlərdən dərs saatlarına görə rüşvət alıb? - AÇIQLAMA
Biləsuvar rayonu R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin direktorunun müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən "Qafqazinfo"ya bildirilib ki, İdarə əməkdaşları tərəfindən məktəbdə monitorinq aparılıb, direktordan, direktor müavinlərindən və müəllimlərdən müvafiq izahatlar alınıb.
Araşdırmanın nəticəsinə əsasən qeyd olunub ki, sözügedən məktəbdə 2024-2025-ci tədris ilində dörd ibtidai sinif komplektində (bir məktəbəhazırlıq qrupu) mövcud olan dərs saatları 7 nəfər ibtidai sinif müəllimi arasında qiymətləndirmə nəticələrinə uyğun olaraq bölünüb.
"Dərs saatlarından narazılığını ifadə edən ibtidai sinif müəllimi Zəkiyyə Bayramova təhsilverənlərin sertifikatlaşdırma imtahanında mümkün 60 baldan 33 bal toplayıb və 12 saat dərs yükü ilə təmin olunub. Məktəbdə ondan az bal toplamış, lakin daha çox dərs yükü ilə təmin olunmuş ibtidai sinif müəllimi yoxdur.
Hazırda Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində "Təhsilverənlərin etik davranış Qaydaları"na əməl edilməsi, əmək fəaliyyətində yol verilən nöqsan, hüquq pozulmalarının aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlər davam edir", - açıqlamada vurğulanıb. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat