Dodağına qırmızı boya çəkərək qəbiristanlığda foto çəkənlər var' - Zümrüd

Dodağına qırmızı boya çəkərək qəbiristanlığda foto çəkənlər var' - ZümrüdAparıcı Zümrüd Bədəlova efirdə göz yaşı axıdıb.
azxeber.com xəbər verir ki, onun aparıcısı olduğu "Xəbər Ətər" verilişinin növbəti buraxılışı avtomobil qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevə həsr olunub.
Zümrüd, özünü mətbuat işçisi adlandıraraq münasib olmayan şəkilləri çəkib paylaşan jurnalistləri qınayıb.
"Kaş ki, o fotoları çəkməyəydiniz. Sizin üçün olmaya bilər, amma o insanın yaxınları üçün bu, ən böyük bir travmadır, yaşatdınız. Bəzi mənzərələr var ki, mənim ağlımdan silinmir. Onun da günahkarı sizsiniz. Başa düşmürəm ki, bir insanın cansız bədəni yerdə yatarkən, ürəyi olan hansı insan onun şəklini çəkə bilər?! Buna nə cür bir cürət, necə bir ürək lazımdır?!
Adam artıq yas yerlərinə də gedəndə bilmir, necə qapansın getsin ki, onun kadrını çəkməsinlər. Bu, yas yeridir. Təəssüflər ki, hərdən bunu böyük təqdimatlarla səhv salan jurnalistlərimiz var. Təəssüflər ki, efirdə aparıcıları hələ də qınayan insanlar var.
Qəbiristanlıqda camaat fəryad edəndə qəbir daşının üstünə çıxıb, saqqız çeynəyə-çeynəyə, ağlayan insanların kadrını ağzının içinə kimi "zoom" edən pressamız var. Pressa da deyə bilmərəm. Dodağına qırmızı boya çəkərək qəbiristanlığa gəlib foto, yaxud video çəkən ümumiyyətlə pressa ola bilməz.
Unutmayın ki, belə bir gün hamı üçün var! Arada heç olmasa, insanlara acısını yaşamağa izn verin. Ola bilər, siz o şərhlərdən həzz alırsınız, "vampir"siniz, o yazılanlarla qidalanırsınız. Dilarə xanımın göz yaşı, onun özünü vurmağı, döyməyi... Bəlkə, sizə bu, acınacaqlı gəlir? Bu acınacaqlı vəziyyətin də hansısa bir şou tərəfini tez təqdim etməlisiniz. Özünüz düşünün ki. əziziniz dünyasını dəyişəndə, siz nə günə qalarsınız?! Arada özünüzü də qoyun onun yerinə.
Artıq mən heç kimin səmimiyyətinə inanmıram!", - deyə aparıcı gileylənib.

Şou Biznes       Tarix: 28 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber saytlari sonxeber.az xankendi cəbhədən son görüntülər