Doğma çay "Azerçay" hərbi-idman yarışlarını dəstəklədi - FOTOLAR

Doğma çay Hər zaman ölkəmizi yerli və beynəlxalq yüksək səviyyədə təmsil edən "Azerçay" bu dəfə də Şahin" hərbi-idman oyununu və "Cəsur kadet" yarışlarını dəstəkləyib.
azxeber.com xəbər verir ki, 15 iyun 2023-cü il tarixində Mingəçevir şəhərində "Kür" Olimpiya Tədris-İdman Mərkəzində məktəblilər arasında "Şahin" hərbi-idman oyunu,16-18 iyun tarixlərində isə "Cəsur kadet" yarışı keçirilib. 
Azərbaycanın Gənclər paytaxtı olan Mingəçevirdə Elm və Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında keçirilən "Şahin" hərbi-idman oyunlarının final mərhələsinə start verilib.
Əvvəlcə xalqımızın ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gənclər və idman naziri Fərid Qayıbov "Şahin" hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulayıb.
Respublikanın 10 müxtəlif şəhər və rayonundan (Bakı, Sumqayıt, Naxçıvan şəhərləri, Bərdə, Lerik, Neftçala, Qax, Samux, İsmayıllı və Nizami rayonları) ümumilikdə 150 nəfərin iştirakı ilə keçirilən idman oyunlarının final mərhələsi iyunun 16-dan 18-dək "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutub. Qaliblər diplom və kubokla mükafatlandırılıblar.
Eyni zamanda markanın dəstəyi ilə Mingəçevir şəhər Heydər Əliyev meydanında şəhər icra hakimiyyəti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiynə və 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Dünyanın 40 dan çox ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil edən, Azərbaycan çay adət-ənənələrini qoruyub saxlamaq missiyasını öz üzərinə götürən Doğma çay "Azerçay" yenə də öz ənənəsinə sadiq qalaraq bu yarışda gələn bütün qonaqlara və iştirakçıları çay süfrəsinə qonaq edib.
Doğma çay Doğma çay Doğma çay Doğma çay Doğma çay Doğma çay

İqtisadiyyat       Tarix: 21 iyun 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xeber havanın temperaturu bu gune olan xeberler cəbhədən son görüntülər