Dohada qida təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilib - FOTOLAR

Dohada qida təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilib - FOTOLAR6-7 Fevral tarixlərində Qətərin paytaxtı Doha şəhərində Qətər Milli İnsan Haqları Komitəsi, BMT`nin İnsan Haqları üzrə Ali Komissarlığı, Milli İnsan Haqları İnstitutlarının Qlobal Alyansı, BMT`nin İnkişaf Proqramı Ofisi (UNDP), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) və Ərəb Dövlətləri Liqasının birgə təşkilatçılığı ilə beynəlxalq insan haqları konfransı keçirilib.
Bu barədə konfransda iştirak edən Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı məlumat verib.
F.Şahbazlı bildirib ki, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Jassim Əl Thani`nin himayəsi ilə baş tutan konfrans "Qida Hüququ: İnsan Haqları Prizmasından" (Food Justice From a Human Rights Perspective) mövzusunda keçirilib. Beynəlxalq konsfransda dünyanın dörd bir yanından hüquq müdafiəçiləri, dövlət və hökumət rəsmiləri, media nümayəndələri və beynəlxalq təşkilatların rəsmiləri iştirak ediblər.
Konfranda çıxış edən Qətər Milli İnsan Haqları Komitəsinin prezidenti Məryəm bint Abdullah Al Attiya konfrans iştirakçılarını salamlayaraq, dünyada insan haqlarının müdafiəsi sahəsində birgə fəaliyyətin zəruriliyinə diqqət çəkib, qlobal ərzaq böhranının müzakirəsinə və qida ədalətinə həsr olunmuş bu konfransın əsas amalının dünyadakı bütün insanlara layiqli həyat təmin etmək olduğunu bildirib.
Baş redaktor bildirib ki, konfransda çıxış edənlər dünyadakı qida təhlükəsizliyi məsələsinə diqqət çəkərək, beynəlxalq təşkilatların və dövlətlərin bu sahədə əməkdaşlığının zəruriliyini vacib sayıblar.
Qətər Milli İnsan Haqları Komitəsinin baş katibi Sultan bin Hassan Al Camali milli insan haqları institutlarının Qətərdə bir araya gəlmələrini önəmli hadisə olaraq, xarakterizə edib və konfrans çərçivəsində aparılan müzakirələrin və alınan qərarların yaxın gələcək üçün faydalı olacağını bildirib.
Dohada qida təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilib - FOTOLARDohada qida təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilib - FOTOLARDohada qida təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilib - FOTOLARDohada qida təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilib - FOTOLARDohada qida təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 10 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler xeber cəbhədən ən son xəbər cəbhədən son xəbərlər