Dohada "Süni İntellekt və İnsan Hüquqları" mövzusunda beynəlxalq konfrans – FOTO

Dohada 27-28 may 2025-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində "Süni İntellekt və İnsan Hüquqları: İmkanlar, Risklər və Daha Yaxşı Gələcək Naminə Baxış" adlı beynəlxalq konfrans keçirilib. Qətər Milli İnsan Haqları Komitəsi və BMT tərəfindən təşkil olunan bu mötəbər tədbirdə dünyanın müxtəlif ölkələrindən insan hüquqları üzrə mütəxəssislər, hüquq müdafiəçiləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və süni intellekt texnologiyaları sahəsində ekspertlər iştirak ediblər.
azxeber.com Publika.az-a istinafən xəbər verir ki, konfransın təşkil olunmasında məqsəd süni intellekt texnologiyalarının cəmiyyət həyatına təsirini, insan hüquqları və demokratik institutlar üçün yaratdığı imkanlar və riskləri müzakirə etmək, eyni zamanda bu sahədə beynəlxalq əməkdaşlığın və hüquqi çərçivələrin gücləndirilməsinə dair tövsiyələr vermək olub.
Konfransı giriş sözü ilə açan Qətər Milli İnsan Haqları Komitəsinin rəhbəri Məryəm bint Abdullah Al Attiyah bildirib ki, süni intellektin sürətlə inkişafı informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması, fərdi azadlıqlar və demokratik proseslərin müdafiəsi baxımından yeni çağırışlar yaradır. Əldə olunan texnoloji üstünlüklər və innovativ imkanlarla yanaşı, alqoritmik qərəz, diskriminasiya halları, kibertəhlükələr, kütləvi izləmə və dezinformasiya kimi risklər də gündəmdədir.
Konfrans çərçivəsində 12 əsas mövzu üzrə panel müzakirələri aparılıb. Süni intellektin əsas anlayışları, məxfilik və şəxsi məlumatların qorunması, alqoritmik qərəzin qarşısının alınması, ifadə azadlığının təminatı, süni intellekt texnologiyalarının idarəolunması və hesabatlılığı, rəqəmsal bərabərlik, hüquqi və etik çərçivələrin formalaşdırılması, təhlükəsizlik, demokratiya və media azadlığına təsirləri konfransın əsas müzakirə mövzuları olub.
Azərbaycan da bu önəmli beynəlxalq tədbirdə fəal iştirak edib. Ölkəmizin İnsan Hüquqları üzrə Müvəkkili — Ombudsman Səbinə Əliyeva, Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc, hüquq müdafiəçisi Əhməd Şahidov və digər nümayəndələr konfransa qatılıb.
Azərbaycan nümayəndə heyəti tədbir zamanı süni intellekt texnologiyalarının tətbiqində insan hüquqlarının qorunması və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ölkədə görülən işlər və əldə olunan təcrübə barədə təqdimatlar edib. Çıxışlarda, həmçinin, süni intellektin təhlükəsiz və insan hüquqlarına hörmət edən şəkildə tətbiqinin zəruriliyi vurğulanıb.
Qeyd olunub ki, ölkəmizdə informasiya təhlükəsizliyi, vətəndaşların məxfiliyinin qorunması, ifadə azadlığının təmin olunması və süni intellekt texnologiyalarından bərabər istifadənin təşviqi istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, süni intellektin təsir etdiyi əmək bazarı, sosial rifah, təhsil və səhiyyə sistemlərində yaranan yeni çağırışlar və imkanlar da diqqət mərkəzindədir.
Konfransın yekun hissəsində çıxış edən Qətər Milli İnsan Haqları Komitəsinin baş katibi Sultan bin Həsən Əl Jamali beynəlxalq ictimaiyyətə çağırış edərək bildirib ki, süni intellektin inkişafı və tətbiqi zamanı insan hüquqlarının müdafiəsi prioritet tutulmalı, şəffaflıq, hesabatlılıq və ədalətli yanaşma prinsiplərinə riayət olunmalı, rəqəmsal bərabərsizlik və kibertəhlükələrə qarşı birgə mübarizə gücləndirilməlidir.
Tədbir çərçivəsində beynəlxalq və regional insan hüquqları təşkilatları ilə əməkdaşlıq imkanları müzakirə olunub, təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq üçün ilkin razılaşmalar əldə olunub.
Qeyd edək ki, Qətər dövləti bu sahədə irəli sürdüyü milli süni intellekt strategiyası və 2030 vizyonu çərçivəsində texnoloji inkişafı insan hüquqları və etik dəyərlərlə uzlaşdırmağı hədəfləyir. Konfransda bu istiqamətdə əldə olunan nailiyyətlər və həyata keçirilən layihələr də təqdim edilib.
Dohada Dohada Dohada Dohada Dohada Dohada

Sosial       Tarix: 01 iyun 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Hürrem" və "Süleyman" illər sonra bir arada – FOTOLAR

Türkiyə serial tarixində dərin iz buraxan "Muhteşem Yüzyıl"ın baş qəhrəmanlarını canlandıran Halit Ergenç və Meryem Üzerli uzun müddətdən sonra yenidən bir araya gəlib. "Qafqazinfo"ya istinadla xəbər veri

Güclü geomaqnit qasırğası gözlənilir

8-9 iyun tarixlərində güclü geomaqnit qasırğası gözlənilir. xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, proqnoz günlərində (8-14 may) C sinif alışmanın ba

Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz

Yeni həftə bir çox bürclər üçün dəyişikliklər, yeni imkanlar və mühüm qərarlarla yadda qala bilər. . xəbər verir ki, astroloqların proqnozlarına görə, bəzi bürclər iş həyatında uğur qazanacaq, digərləri isə şəxsi münasibətlərd

32 milyon qısır erkək ağcaqanad təbiətə buraxılacaq

Qlobal istiləşmə və ekosistem dəyişiklikləri ilə birlikdə ağcaqanadların yaydığı xəstəliklərin riski artdığı bir vaxtda, bu problemə qarşı yeni və diqqətçəkən bioloji mübarizə üsulu gündəmə gəlib. xarici mətbuata istinadə

Zığda baş vermiş insidentlə bağlı 7 nəfər saxlanıldı

Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş verən insident iştirakçılarından yeddi nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, faktla bağlı Rayon Polis İdarəsind

Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı

Bakıda 3 yaşlı körpə 8-ci mərtəbədən yıxılıb. İyunun 7-si saat 01 radələrində 2023-cü il təəllüdlü M.Ə Xətai rayonu Xocalı prospektində 17 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılaraq ikinci mərtəbədə dam örtüyünün üzərin

Həkim səhvinə görə kompensasiya almaq mümkündür?

Tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən yanlışlıqlar, səhv diaqnozlar və ya qeyri-peşəkar müdaxilələr nəticəsində vətəndaşların sağlamlığına zərər dəyməsi halları hüquqi müstəvidə ciddi şəkildə araşdırılan mövzulardandır

Çörək niyə tez xarab olur? — Bunu dəyişə biləcək sadə üsul

Təzə bişmiş məhsullar bir çox insanın gündəlik qida rasionunun ayrılmaz hissəsidir. Xırtıldayan qabıq, yumşaq iç və çörəyə məxsus ətir səhər yeməyini daha xüsusi edir. Lakin problem ondan ibarətdir ki, alındıqdan bir neç

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Son illərdə 50 yaşdan sonra bəzi ixtisaslar üzrə iş tapmaq xeyli çətinləşib. Belə çətinliklə üzləşənlər bir çox hallarda yeni peşəyə yiyələnməyə çalışırlar. Təbii ki, belə vəziyyətdə əmək bazarının tələblərini öyrənmək vacibdir


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber bu gunun xeberleri haqqinda melumat xeber az zelzele