"Doksuri" 13 nəfərin həyatına SON QOYDU
Filippində "Doksuri" tropik qasırğası nəticəsində ölənlərin sayı 13-ə çatıb, 20 nəfər itkin düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə "GMA News" telekanalı məlumat yayıb.
Daha əvvəl altı nəfərin ölməsi haqqında məlumat verilib.
Qeyd olunub ki, qasırğa əsasən Filippin arxipelaqının ən böyük adasına – Luzona təsir edib. Burada elektrik xətlərinə ziyan dəyib. Leysan yağışları daşqınlara və sürüşmələrə səbəb olub.
Hökumət sahilyanı yaşayış məntəqələrindən minlərlə insanı təxliyə etməli olub.
Məlumata görə, 330 minə yaxın insan "Doksuri" qasırğasının fəsadları ilə üzləşib. 27 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Meteoroloji proqnozlara görə, dünəndən etibarən Filippində tropik siklonun intensivliyi tədricən azalır.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Zaqatalaya güclü leysan və dolu yağıb
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu