Dollar beş səbəbə görə sürətlə dəyər itirir: "De-dollarizasiya prosesi artıq başlayıb"

Dollar beş səbəbə görə sürətlə dəyər itirir: Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin dolların getdikcə daha çox dəyər itirməsinin beş səbəbini açıqlayıb. O, ABŞ valyutasının avro ilə əvəz olunmayacağını da bildirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Volodin dolların real mallar və resurslarla dəstəklənmədiyini deyib. ABŞ "Bretton Woods" sazişindən çıxdıqdan sonra dolların artıq qızıla bağlanmadığını vurğulayıb.
Vyaçeslav Volodin qeyd edib ki, digər səbəb dollardan siyasi mübarizə aləti kimi istifadə edilməsidir. Qeyri-qanuni sanksiyalar, ödənişlərin həyata keçirilməsinə məhdudiyyətlər, valyuta ehtiyatlarının oğurlanması – bütün bunlar digər dövlətlərdə pullarının təhlükəsiz olacağına inam yaratmır.
Üçüncü səbəb kimi geosiyasi xarakterli dəyişikliklər hesab edilə bilər. Dünyada çoxqütblülüyə tələbat var. Nəticədə  dollara alternativ yaranır. Buna sübut kimi milli valyutalarda artan qarşılıqlı hesablaşmaları göstərmək olar.
Dövlət Dumasının sədri əlavə edib ki, dollar öz mövqeyini getdikcə aşağı salır. Bu həm də rəsmi Vaşinqtonun öz səhvlərini etiraf etmək və onların üzərində işləmək istəməməsi ilə bağlıdır.
Dumanın spikeri dolların öz mövqeyini itirməsinin beşinci səbəbini tarixi şəraitlə izah edib: "Hər bir dünya valyutasının öz dövrü var – təxminən 100 il. Portuqal realı ispan pulu ilə əvəz olundu. Sonra Hollandiya gilderi, fransız frankı, ingilis funtu və ABŞ dolları ardıcıl olaraq üstünlük təşkil edirdi. Sonuncu da yenisi ilə əvəz olunacaq. Bu, çox güman ki, avro deyil, suveren iqtisadiyyatı olan dövlətlərin valyutalarından biri olacaq. Artıq dünyada de-dollarizasiya prosesi başlayıb və onu dayandırmaq mümkün deyil" – Volodin fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Sosial       Tarix: 26 iyul 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler bugun cəbhədən ən son xəbərlər bu gunun xeberleri sonxeber.az