Donald Tramp Prezident İlham Əliyevin İranla bağlı fikrini öyrənib
ABŞ Prezidenti Donald Tramp öz təşəbbüsü ilə avqustun 8-də baş tutan telefon söhbəti zamanı İranla davam edən müharibə barədə Azərbaycan Prezidenti İlham Əliyevin fikrini öyrənib.
KONKRET.azxəbər verir ki, bu barədə "AnewZ" etibarlı mənbələrdən məlumat əldə edib.
ABŞ Prezidentinin hazırkı təzyiq formasının davam etdiriləcəyi təqdirdə, İranın təslim olmaq ehtimalına dair sualına cavabında Prezident İlham Əliyev belə bir ssenarini mümkün hesab etmədiyini bildirib.
1980-1988-ci illərdə baş vermiş səkkizillik İran-İraq müharibəsi ilə tarixi paralel aparan dövlət başçısı vurğulayıb ki, həmin dövrdə də rəsmi Tehranın təslim olacağı proqnozlaşdırılsa da, münaqişə İran xalqını daha da sıx birləşdirdi.
Prezident İlham Əliyev bildirib ki, İranın təslim olacağını düşünmək real deyil və yeganə yol sülh və konstruktiv danışıqlardan keçir. O əlavə edib ki, Azərbaycan regionda sülh və əmin-amanlığın bərqərar olmasına maraqlıdır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir