Doqquzuncu dəfə həbs edildi
Mingəçevir ŞPŞ tərəfindən üzərində odlu silah-sursat gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub.
KONKRET.azxəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, şəhər ərazisində Elçin adlı şəxsin üzərində odlu silah-sursat gəzdirməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə əvvəllər də ağır cinayətlər törətdiyi üçün 8 dəfə məhkum olunmuş və ümumilikdə 28 il azadlıqdan məhrum edilmiş Yevlax rayon sakini Elçin Ocaqquliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən "Makarov" markalı tapança, silaha məxsus daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb.
Digər əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər ərazisində yerləşən məktəblərin birindən oğurluq edən Rövşən Kərimov saxlanılıb. Onun gecə saatlarında məktəbə daxil olaraq oradan 8 ədəd kompüter oğurladığı və kolluq ərazidə gizlətdiyi müəyyən edilib. Məqsədi isə bir neçə gün keçdikdən sonra onları satmaq və qazanc əldə etmək olub. Ancaq R.Kərimov niyyətini sona qədər həyata keçirə bilməyib və oğurladıqları gizlətdiyi yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Hər iki faktla bağlı cinayət işi başlanılıb.//Qafqazinfo




Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq