Dörd ildən sonra qatili ifşa olunan gözətçinin ailəsi DANIŞDI - FOTOLAR

Dörd ildən sonra qatili ifşa olunan gözətçinin ailəsi DANIŞDI - FOTOLARDaxili İşlər Nazirliyi (DİN) ötən gün 4 il öncə Yevlax rayonunun Ərəbbəsrə kəndində ov tüfəngi ilə öldürülən 57 yaşlı Tahir Qafarovu qətlə yetirməkdə şübhəli bilinən şəxsin ifşa olunmasıyla bağlı məlumat yayıb.
DİN əməkdaşlarının apardığı əməliyyat nəticəsində qətlin narkotik cinayətlərinə görə həbsdə olan 42 yaşlı Habil Dövlət oğlu Mirzəyev tərəfindən törədildiyi məlum olub.
KONKRET.az-ın bölgə müxbiri 2019-cu ildə qətlə yetirilən Tahir Qafarovun ailəsinin yaşadığı Ərəbbəsrə kəndinə baş çəkərək, hadisə ilə bağlı mərhumun ailə üzvlərinin fikirlərini öyrənməyə çalışıb.
Mərhumun doğmaları ailə başçısı Tahir Qafarovun ölmündə şübhəli bilinən şəxsin həbs olunması barədə xəbəri də məhz müxbirdən eşitdiklərini bildiriblər.
Onlar DİN əməkdaşları tərəfindən ifşa olunan 42 yaşlı Habil Mirzəyevin 2019-cu ildə Tahir Qafarovun ölümü ilə bağlı şübhəli şəxs qismində təxminən 4 ay müddətində həbsdə saxlanıldığını deyiblər. Amma cinayət əməli sübut olunmadığından yenidən azadlığa çıxdığını dilə gətiriblər. Tahir Qafarovun xanımı, iki qız və bir oğul anası İlhamə Qafarova 4 il sonra qatilin yaxalanma xəbərindən məmnunluğunu və aidiyyəti qurum təmsilçilərinə minnətdarlığını ifadə edib. "Gec də olsa haqq-ədalət yerini tapdı", – deyən ailənin xanımı əlavə nəsə danışmaq istəmədiyini bildirib.
Söhbət əsasında məlum oldu ki, 4 il öncə hadisədə təqsirləndirilən şəxsin anası və qardaşı Ərəbbəsrə kəndinə gələrək mərhumun ailə üzvləri ilə görüşüb, qətli Habil Mirzəyevin törətmədiyini söyləyiblər.
Məlumat üçün bildirək ki, H.Mirzəyev T.Qafarovu 2019-cu il fevralın 21-də gecə saat 2 radələrində gözətçi işlədiyi bağda qətlə yetirib.
O da məlum olub ki, tərəflər arasında münaqişə narkotik vasitələrin alqı-satqısı ilə bağlı yaranmış pul mübahisəsi ilə bağlı yaranıb.
Ehtiram Muradov,
KONKRET.az

Hadisə       Tarix: 04 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 cəbhədən son xeber sonxabar az