Dördüncü dalğa güclü olacaq? - Professor açıqladı
Avropada dördüncü koronavirus dalğası qaçılmazdır, ancaq əvvəlkilər qədər güclü olmayacaq.
Publika.az xəbər verir ki, bu barədə Belçika Louvain Universitetinin immunologiya professoru Jan-Luk Qala danışıb. Mütəxəssisin sözlərinə görə, yeni ştamm səbəbindən koronavirus infeksiyası hallarının sayı ciddi şəkildə artır. Odur ki, peyvəndlər "delta" və "delta plus" variantlarına qarşı daha az təsirli olur:
"Epidemiyanın gərginləşməsi çox sürətli şəkildə baş verə bilər. Məsələn, Fransada gündəlik yoluxma sayı azalsa da, bir müddət sonra yenidən artım qeydə alınıb. 28 iyunda 509 yoluxma idi, 3 iyulda isə 3000 nəfərə çatdı. Dördüncü dalğa qaçılmaz ola bilər. Yəqin ki, bu, payızda baş verəcək.
"Delta" ştammı və ötürülməsi haqqında daha çox məlumata ehtiyac var. Bundan başqa, koronavirus müalicəsinin aspektini də unutmayın. Erkən mərhələdə dərmanlar təsirli ola bilər. Məhdudiyyətlərin çox tez aradan qaldırılması bizi geri atsa da, nəticədə Avropada kütləvi immunitetə qovuşacağıq".
Jan-Luk Qala qeyd edib ki, bəşəriyyətin hər il qrip virusu kimi revaksinasiyaya ehtiyacı ola bilər.
Aytən Məftun
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək