Dostluq" kinoteatrı daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilə bilər
"Dostluq" kinoteatrının sökülməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri aidiyyəti qurumların əməkdaşları ilə birgə tikiliyə baxış keçiriblər.
Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, binanın qorunması, qəzalı vəziyyətə düşmüş memarlıq elementlərinin bərpası, eləcə də binada möhkəmləndirmə işlərinin aparılması planlaşdırılıb: "Azadlıq prospekti 76 ünvanında yerləşən "Dostluq" kinoteatrının binası dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil deyil. Kinoteatrın binası xüsusi mülkiyyətdədir".
Sorğuya cavabda o da vurğulanıb ki, 1952-ci ildə inşa olunan tikilinin tarixi əhəmiyyəti nəzərə alınaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ilə bağlı təkliflərə baxılır. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR