Dostluq və qardaşlıq əlaməti

Dostluq və qardaşlıq əlamətiÖlkə başçısı İlham Əliyevin Qazaxıstana rəsmi səfəri zamanı Ulu Öndər Heydər Əliyevə böyük hörmət və ehtiram dolu münasibət bu ölkədə xüsusilə nəzərə çarpırdı. Qazaxıstan Prezident Kasım-Jomart Tokayev dövlət başçımız İlham Əliyevlə birlikdə paytaxt Astananın gözəl və cazibədar Yeşil rayonunda Heydər Əliyev küçəsinin açılışında iştirak etdilər. 
Bu gün çox yüksək səviyyədə olan Azərbaycan-Qazaxıstan münasibətlərinin əsasını dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirmiş olduğu düşünülmüş siyasət təşkil edir. Eyni zamanda, xalqlarımızın eyni soy-kökə məxsus olmaları ölkələrimizin münasibətlərini möhkəmləndirən başlıca amillərdəndir. Qazaxıstanda da Ulu Öndər Heydər Əliyevi insanlar dərin hörmətlə xatırlayır və ölkələrimizin yüksək əlaqələrə malik olmasında dahi şəxsiyyətin danılmaz xidmətlərinin olduğunu bilirlər. Astanada Ulu Öndərin adına küçənin verilməsi bu deyilənlərə bariz sübutdur. Prezident cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi də keçirildi. Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.
Dahi şəxsiyyətin adını daşıyan küçənin açılış mərasində Prezident cənab İlham Əliyev Ulu Öndər haqqında xatirələrini bölüşərkən bildirdi ki, Heydər Əliyev ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik edib. Ulu Öndərin səyləri nəticəsində mahiyyət etibarilə xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısı alındı. Həmin dövrdə daxili ziddiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları əlaltından işğal edilirdi. Məhz Ulu Öndər Heydər Əliyevin Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməlin qoyulması dövrü oldu. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi Ulu Öndərin əsas vəsiyyəti idi və artıq bu vəsiyyət yerinə yetirilib. Dahi şəxsiyyət Heydər Əliyev hər zaman türk dünyasını daha sıx birləşdirmək üçün də əlindən gələni edirdi. Bu gün Ulu Öndərin bu arzusu da təmin edilib və beynəlxalq arenada böyük nüfuz sahibi olan Türk Dövlətləri Təşkilatı yaradılıb. Təşkilatın əsas üzvlərindən biri də məhz ölkəmizlə yüksək dostluq münasibətləri olan Qazaxıstandır. Prezident cənab İlham Əliyevin bu ölkəyə səfəri zamanı imzalanan yeddi adda sənəd isə ölkələrimiz arasında olan əlaqələri daha da möhkəmləndirəcəkdir. Bundan sonra da ölkələrimiz arasında müxtəlif sahələri əhatə edəcək münasibətlər daha da inkişaf edəcək və iqtisadi imkanların artmasında əlavə zəmin yaradacaqdır.
Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd edərək deyib:
"Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir". Dövlət başçımız həmçinin, qeyd edib ki, Qazaxıstanın beynəlxalq arenada nüfuzu artır və bu ölkə haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb.
Naftalan şəhər sakini Faiqə Ağayeva / azxeber.com

Siyasi       Tarix: 14 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək


yeni xeberler azerbaycan xeberleri son xeberler maliyye xeberler bugun xəbər.az valyuta mezennesi 2026 cəbhədən yeni xəbərlər