Dövlət Komitəsi büdcənin icrası ilə bağlı mətbuatda yazılanlara münasibət bildirdi

Dövlət Komitəsi büdcənin icrası ilə bağlı mətbuatda yazılanlara münasibət bildirdiAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu qurumun büdcəsinin icrası ilə bağlı yazılanların həqiqətə uyğun olmadığını bəyan edib.
Dövlət Komitəsindən azxeber.com-a bildirilib ki, məlumatda Komitə tərəfindən dövlət satınalmalarına ayrılan maliyyə vəsaiti ilə bağlı onun üçillik büdcə vəsaitini aşan şişirdilmiş rəqəmlər göstərilib və əsassız ittihamlar yer alıb.
"Bu cür məlumatların ictimaiyyətdə çaşqınlıq yarada biləcəyini nəzərə alaraq Dövlət Komitəsi bildirir ki, komitə dövlət büdcəsindən maliyyələşən təşkilat olaraq "Büdcə sistemi haqqında" AR Qanununa əsasən hər il maliyyə vəsaitlərinin hərəkətinə və istifadəsinə dair məlumatları Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim edir. Əlavə olaraq bildiririk ki, 2020-ci ildə Covid-19 pandemiyası səbəbindən Dövlət Komitəsi tərəfindən maliyyə tutumlu tədbirlərin sayı məhdud olmuşdur. 2021-ci ildə 432 462 (dörd yüz otuz iki min dörd yüz altmış iki), 2022- ci ildə 999 198 (doqquz yüz doxsan doqquz min yüz doxsan səkkiz) və 2023–cü ildə 3 313 054 (üç milyon üç yüz on üç min əlli dörd) manat vəsait müqabilində tədbirlərin təşkili üzrə müqavilələr bağlanılıb və öhdəliklər yerinə yetirilib".
"Qeyd edilməlidir ki, həyata keçirilən tədbirlər Dövlət Komitəsinin illik fəaliyyət planına əsasən, ölkə rəhbərinin imzaladığı dövlət proqramları və milli fəaliyyət planları çərçivəsində Komitənin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə bağlı olur. Həmçinin bu tədbirlər ictimaiyyət və çoxsaylı mətbuat nümayəndələrinin iştirakı ilə keçirilir və bu barədə məlumatlar müxtəlif KİV - də dərc edilir. Hər il dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə, Komitə tərəfindən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma proseduru (açıq tender) həyata keçirilir. Satınalma proseduru elekrton formada "etender.gov.az" portalı vasitəsilə aparılır. Bütün proses qanunvericiliyin tələblərinə uyğun olaraq şəffaf formada icra edilir"
Bildirlib ki, açıq tender proseduru yekunlaşdıqdan sonra, təqdim olunmuş sənədlər tender komissiyası (Tender komissiyasının tərkibinə İqtisadiyyat və Maliyyə Nazirliyinin nümayəndələri daxil olur) tərəfindən qiymətləndirilir, yekun protokol hazırlanır və komissiya üzvləri tərəfindən imzalanır. İmzalanmış protokol qeydə alınması üçün bu sahədə səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məktub ilə yönləndirilir.
Yekun protokolun nəticələri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qeydiyyata alındıqdan sonra, qalib təşkilat ilə müqavilə bağlanılır və il ərzində öhdəliklər qarşılıqlı formada, yüksək keyfiyyətlə həyata keçirilir.
Dövlət Komitəsi media nümayəndələrinin informasiyanı almaq və yaymaq hüququna hörmətlə yanaşır, ictimaiyyətin diqqətini yanlış istiqamətə yönləndirən məlumatların yayılması yolu ilə oxucu sayını artırmaq niyyətində olan media subyektlərini bu məqsədlərinə çatmaq üçün konstruktiv yanaşma sərgiləməyə çağırmaqla yanaşı, belə əməllərə görə qanunvericilikdə müvafiq məsuliyyət nəzərdə tutulduğunu bir daha xatırlatmağı da vacib hesab edir.

Sosial       Tarix: 17 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar bu gune olan xeberler xeberler bugun