"Dövlət qulluğu haqqında" qanuna dəyişiklik təsdiqləndi

Milli Məclis "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişik layihələrini III oxunuşda qəbul edib.
KONKRET.azxəbər verir ki, dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qanuna təklif edilən dəyişikliklə dövlət qulluqçularının rotasiyası üçün yeni qayda müəyyənləşir. Dəyişikliyə əsasən, dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi dövlət orqanının rəhbərinin qəran ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək.
Qanunun 31-1.1-ci maddəsində nəzərdə tutulan qaydada siyahısı müəyyən edilən dövlət qulluqçulan rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, binası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq.
Daha bir dəyişiklik Azərbaycanda dövlət qulluqçularının reyestrinin aparılması ilə bağlıdır. Belə ki, dəyişikliklə qanuna yeni – Dövlət qulluqçularının reyestri maddəsi əlavə olunur. Yeni maddəyə əsasən, dövlət qulluqçularının reyestri dövlət qulluqçulan (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır.
Dövlət qulluqçulan reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq. Qanun 15-3.3-cü maddəsində nəzərdə tutulan qaydanın tələblərinin pozulması qanunla nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olacaq.
Daha bir təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda 5 ildən az qulluq keçən dövlət qulluqçularına rotasiya qaydası tətbiq olunmayacaq.
Həmçinin dəyişiklik layihələrindən biri dövlət qulluqçularının irəli çəkilməsi zamanı rotasiya olunmuş şəxslərə üstünlük verilməsi ilə bağlıdır. Belə ki, dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, vakant vəzifə olması, habelə vakant vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə alınmaqla həyata keçirilir .Rotasiya olunmuş inzibati vəzifə tutan dövlət qulluqçularına üstünlük veriləcək.
Eyni zamanda rotasiya qaydasında yaşadığı ərazidən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş veriləcək.
Bundan başqa, dövlət qulluqçusunun potensialından düzgün istifadə edilərək hərtərəfli inkişafına şərait yaratmaq, onun dövlət qulluğunda irəli çəkilməsi və motivasiyasının təmin edilməsi və dövlət qulluğunda insan resurslarından daha səmərəli istifadə edilməklə dövlət orqanının kadr tələbatına olan ehtiyacını vaxtında ödəmək məqsədilə dövlət qulluqçusunun karyerası planlaşdınlır. Dövlət qulluqçulanının karyerasının planlaşdırılması üçün dövlət orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qulluqçusunun karyera inkişaf planı hazırlanacaq.

Siyasi       Tarix: 24 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal xeber cəbhədən görüntüleri ən son xəbərlər bugün cəbhədən son durum