Dövlət Xidməti avtomobil bazarında haqsız rəqabət halları aşkarladı

Dövlət Xidməti avtomobil bazarında haqsız rəqabət halları aşkarladıAzərbaycanda minik avtomobillərinin satışı zamanı müştərilərlə bağlanan müqavilələrə məhdudlaşdırıcı şərtlərin əlavə edilməsi ilə digər bazar subyektlərinə qarşı haqsız rəqabətə yolvermə əlamətləri aşkar olunub.
KONKRET.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurum haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.
2023-cü il üzrə Dövlət Xidmətinin təsdiq edilmiş monitorinq planına əsasən, minik avtomobilləri bazarında satış zamanı bağlanan müqavilələrdə şərtlərin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Araşdırmalar nəticəsində əsas bazar subyektlərinin müştərilərlə bağlanan müqavilələlərə və zəmanət şərtlərinə məhdudlaşdırıcı şərtlər əlavə etdiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və yaxud stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı müəyyən edilib.
Aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə Dövlət Xidmətində ötən ilin dekabr ayında fəaliyyətlərində pozuntu aşkar edilən bazar subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bazar subyektləri tərəfindən bağlanan müqavilə və zəmanət şərtlərinin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğu məsələsi müzakirə olunub, onlara qanunvericiliyin tələbləri izah edilib. Nəticədə, bir sıra bazar subyektləri tərəfindən müqavilə şərtlərinə müvafiq dəyişikliklər olunub.
"Haqsız rəqabət haqqında" qanuna əsasən, sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və bu hərəkətlərə yol verilmir.
Yuxarıda göstərilən hallarla bağlı Dövlət Xidməti minik avtomobilləri satışı ilə məşğul olan 1 bazar subyektinə "Haqsız rəqabət haqqında" qanunun tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb, digər bazar subyektləri barəsində də qanunamüvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Vətəndaşlar və sahibkarlıq subyektləri müqavilələrdə məhdudlaşdırıcı şərtlər və haqsız rəqabət halları ilə üzləşdikləri halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (//competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Sosial       Tarix: 18 mart 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler xeber az cəbhədən görüntülər sou xeberler