Dövlət Xidmətindən vətəndaşlara XƏBƏRDARLIQ
Kiberdələduzlar tərəfindən "Telegram" tətbiqində "Kapital Bank" ASC-nin adından saxta dələduzluq səhifəsi yaradılıb.
Bu barədə azxeber.com-a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd olunub ki, dələduzlar səhifədə saxta kampaniyalar paylaşırlar:
"Kampaniyada iştirak etmək üçün vətəndaşlardan paylaşımlarda qeyd olunan saxta keçidə daxil olmaq tələb edilir.
İlk baxışda qeyd olunan keçidlər bankın rəsmi domen ünvanı ilə oxşar olsa da daxil olduqdan sonra vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün saxta veb-sayta yönləndirilir".
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR