Dövlətə qarşı qurulmuş şəbəkənin fəaliyyəti ilə bağlı yeni detallar - Həbs olunanların etirafı

Dövlətə qarşı qurulmuş şəbəkənin fəaliyyəti ilə bağlı yeni detallar - Həbs olunanların etirafıToplum TV-nin qanuna zidd fəaliyyətini həyata keçirənlərlə bağlı aparılan istintaq hər ötən gün cinayət tərkibli yeni detallar üzə çıxarır. 
Hazırda Toplum TV-nin bir sıra əməkdaşları barədə həbs qətimkan tədbirləri həyata keçirilib və Cinayət Məcəlləsinin qaçaqmalçılıq da daxil olmaqla müxtəlif maddələri ətrafında cinayət işi başlanılıb.
İttihamlar sıarsında həbs olunanların jurnalistlik fəaliyyətinə dair nöqtə boyda element yoxdur. İstintaq "Toplum TV"-nin xaricdən cəlb olunmuş qeyri-qanuni qrant vəsaitləri hesabına fəaliyyət göstərdiyini əks etdirən məlumatlar ətrafında aparılır və hər gün bu kimi məlumatlar daha da zənginləşir.
APA-ya istinadən onu vurğulayaq ki, saxlanılan şəxslər çirkli pulları qrant adı altında ABŞ-nin "İnternews", USAİD, Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi", NESEHNUTİ, "People in Need" təşkilatları, həmçinin, "Beynəlxalq Fakt Yoxla Platforması", "OCCRP" və digər təşkilatlardan alıblar. Vəsaitin həcmi hələ də istinaqçılar tərəfindən hesablanmaqdadır, ilkin rəqəmlərə görə söhbət milyonlarla manatdan gedir. 
Artıq gözlənildiyi kimi, adları çirkli pulları gizli yollarla Azərbaycana ötürərərək, ölkədə siyasi qarışıqlıq yaratmaqda hallanan həmin beynəlxalq təşkilatlar "suçlu və güclü" obrazına girərək Toplum TV olayını jurnalistika ilə əlaqələndirməyə cəhd göstərirlər.
Suyu bulandırıb balıq tutmaq sevdasına düşənlər hər addımlarında çirkab bataqlığının dərinliyinə düşdüklərinin fərqinə vara bilmirlər. Faktiki onlar cinayət əməlində ittiham olunanlarla eyni kürsüdə oturmağa layqdirlər. Elə ona görə də qara-qışqırıq salaraq həqiqətin gözünə kül üfürmək istəyirlər. Faktı isə heç nə ilə basdırmaq mümkün deyil.
Fakt budur: Toplum TV-nin rəhbərliyi və əməkdaşları həmin təşkilatlardan ayrı-ayrı layihələr adı altında külli miqdarda qeyri-qanuni maliyyə vəsaiti alıblar. Bu vəsaitlər həm xarici ölkələrdə nağdlaşdırılaraq müxtəlif yollarla ölkəyə gətirilib, həm də ölkə daxilində əsas məqsədi gizli saxlanılan bank hesabları vasitəsilə nağdlaşdırılıb.
İstintaqla məlum olub ki, şəbəkə formasında həyata keçirilən bu proses zamanı qanunvericilik pozularaq, layihələrin heç biri Ədliyyə Nazirliyində qeydə aldırılmayıb. Layihələr üzrə verilən vəsaitlər isə hissələrə bölünərək, Azərbaycan, Gürcüstan və bəzi Avropa ölkələrindəki banklar üzərindən köçürmələr edilib.
Almaniyanın "Deutsche Bank and Commerzbank", ABŞ-nin "US Citibank", Avstriyanın "Raiffeisen Bank International", Çexiyanın "UniCredit Bank Czech", Gürcüstanın "TBK Group" banklarında açılmış hesablara müxtəlif xarici "donorlar" tərəfindən vəsaitlər köçürülüb. Köçürülən vəsaitlər Gürcüstanda bankomatlarda nağdlaşdırılıb. Şübhə doğurmamaq üçün hissə-hissə Azərbaycana gətirilib.
Hüquqi nəzarət mexanizmlərindən yayınmaq üçün şəbəkə üzvləri Gürcüstan yolundan başqa digər variantlardan da yararlanıblar. Vəsaitlərin bir qismini hissələrə bölərək, Azərbaycanda fərqli banklarda açdıqları "cari hesablar" üzərindən götürüblər. Məsələn, Belçikadakı "European Service Network" şirkəti Akif Qrbanova çatmalı olan 19 min 381 avro məbləğində vəsaiti onun Access Bankdakı hesabına yönləndirib. Ələsgər Məmmədlinin eyni bankdakı hesabına isə başqa bir ölkədən hissə-hissə, ümumilikdə 71 min avro daxil olub.
Çirkin fəaliyyətin təfərrüatı barədə bu linkdən oxumaq olar:
Prosesin detalları barədə hüquq mühafizə orqanları tərəfindən dəqiq rəqəmlərin əks olunduğu yazılar və videolar yayılmaqdadır. Bu faktlar bird aha təsdiqləyir ki, hazırda saxlanılan şəxslərin adına müxtəlif miqdarda pul vəsaitləri gəlib və həmin pullar Toplum TV-nin redaksiyasında yerləşən Demokratik Təşəbbüslər İnstitutu, "III Respublika Platforması"nın rəhbərliyinə çatıb. Onlar da pulları dövlət əleyhinə hazırlanan planın həyata keçməsi istiqamətində xərcləyiblər.
"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli, onun qardaşı qızı Gülnaz Məmmədli, III Respublika Platformasının spikeri Akif Qurbanov, "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli, onun həyat yoldaşı Günel Manaflı, bu qurumların əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və başqaları xaricdən gizli yolla əldə etdikləri çirkin pulların müqabilində Azərbaycan dövləti və cəmiyyəti əleyhinə xeyli işlər görübər. İstintaq onların əməllərini də üzə çıxarıb.
Əldə etdiyimiz məlumata görə həbsdə olanlar arasında cinayət əməllə törətdiklərini açıq etiraf edənlər də var.  Onların azadlıqda qalan həmkarlarının son günlər susmalarının, yoldaşlarının müdafiəsindən geri çəkilmələrinin, açıqlamalarında ittihamları konkret dəlillərlə inkar etməmələrinin də səbəbi budur. / azxeber.com

Sosial       Tarix: 22 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler xabar az axsam az xeberler bu gune olan xeberler idman xeberleri