DTX və Ədliyyə Nazirliyindən birgə əməliyyat: Həbs olunanlar var

DTX və Ədliyyə Nazirliyindən birgə əməliyyat: Həbs olunanlar varMəhkumların cəzadan azad edilməsi üçün saxta elektron sənədlər hazırlayan şəxslər ifşa ediliblər.
azxeber.com xəbər verir ki, bu haqda Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 
Qeyd edilib ki, məhkumların cəza çəkdikləri dövrdə həqiqi islah olunmaları, törətdikləri əməllərdən səmimi peşmanlıq hissi keçirmələri, zərərçəkmiş şəxslə barışığa nail olunması və dəymiş ziyanın aradan qaldırılması həmin şəxslərin daha yüngül rejimli müəssisəyə keçirilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqində əsas yaradan hallardandır. Lakin bununla belə hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən tətbiq olunan bu humanist yanaşmadan sui-istifadə edilərək zərərçəkmiş şəxslərin adından saxta barışıq ərizələrinin tərtib olunması, cəzanın yüngülləşdirilməsi məqsədilə qeyri-qanuni hazırlanmış sənədlərin təqdim edilməsi halları müşahidə olunmaqdadır.
Belə ki, ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Elgün Hüseynovun cəzasının yüngülləşdirilməsi məqsədilə təqdim olunmuş zərərçəkmiş şəxsin hüquqi varisinin barışıq ərizəsi şübhə doğurduğundan Ədliyyə Nazirliyi tərəfindən araşdırılaraq belə bir razılığın əldə olunmadığı, müvafiq sənədin kompüter proqramı vasitəsilə saxta yolla hazırlandığı müəyyən edilib. Həmin əməldə kibercinayətin əlamətləri olduğundan materiallar aidiyyəti üzrə araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim olunub.
Faktla bağlı başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov azadlıqda olarkən cinayət əlaqəsinə girərək müxtəlif məhkumların sifarişi ilə bir sıra işlər üzrə zərərçəkmiş tərəflərin adından ziyanın ödənildiyi və barışığın olduğu barədə guya notariat qaydasında təsdiq olunmuş, üzərində QR kod yerləşdirilmiş saxta ərizələr hazırlamaqla bu sənədləri internetdə müvafiq rəsmi saytın interfeysinə bənzər, həqiqi olmayan səhifə yaradaraq orada yerləşdirilməsini təmin etmiş və bununla da həmin ərizələr məhkəmə prosesləri zamanı rəsmi saytda yerləşdirilib və həqiqiliyi QR kodla təsdiq edilən sənədlər adı altında təqdim olunub. 
Eyni zamanda müəyyənləşdirilib ki, həmin cinayətkar qrup eyni üsullarla bir sıra digər məhkumların vaxtından əvvəl cəzadan azad olunması məqsədilə guya zərərçəkən tərəflə barışıq əldə olunduğu, ziyanın ödənildiyini göstərən saxta sənədləri kompüter texnologiyalarından istifadə etməklə hazırlayıb və məhkəmə prosesləri zamanı istinad edilməsi üçün aidiyyəti üzrə təqdim edərək cinayət əməllərinə yol verib.
Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov Azərbaycan Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma), 273-2-ci (kompüter məlumatlarını saxtalaşdırma) və 294.3-cü (sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, yaratdıqları müvafiq elektron səhifənin fəaliyyəti isə dayandırılıb.
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyi tərəfindən saxta sənədlərdən istifadə etmiş şəxslərin tam dairəsinin müəyyən olunması və digər əlaqəli xüsusatlar üzrə araşdırmalar davam etdirilir.

Siyasi       Tarix: 21 iyul 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri krimnal bugun axsam.az xeberler gunun xeberleri