Dubayda başlayıb Bakıda bitən yarım milyonluq dələduzluq

Dubayda başlayıb Bakıda bitən yarım milyonluq dələduzluqAzərbaycanda orta məktəblərdən birinin xanım psixoloqu Küveyt Dövləti vətəndaşına qarşı dələduzluq edib. 
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 36 yaşlı Aytəkin Səmədova (ad-soyad şərti) "Snapchat"da tanış olduğu küveytli Abdullah Almatroukanın etibarından sui-istifadə edib.
Əcnəbi vətəndaş dostu ilə birgə yeni biznes qurmaq məqsədilə Bakıya gəlib. Bu müddətdə Aytəkinlə münasibəti yaranan Abdullah onunla paytaxtın fərqli məkanlarında bir neçə dəfə görüşüb. O, ölkəsinə qayıtdıqdan sonra da qadınla əlaqəni kəsməyib. Hətta onu Dubaya dəvət edib, cütlük şəhərin bahalı məkanlarında istirahət edib. Elə cinayətin təməli də bu istirahət ərəfəsində qoyulub.
Əcnəbi söhbət əsnasında Azərbaycanda gəlir gətirəcək bir iş görmək istədiyini deyib. Aytəkin onu inandırıb ki, Bakıda gəlir qazanmağın ən yaxşı yollarından biri mənzil alıb əcnəbi qonaqlara kirayə verməkdir. Əcnəbi vətəndaşların Azərbaycanda mənzil ala bilməməsini yalandan əsas gətirib. Təklif edib ki, mənzil onun adına alınsın, Abdullah bununla razılaşıb. Aytəkin Bakıya qayıtdıqdan sonra işə başlaması üçün ona 497 min 478 manat pul göndərilib. Qadın həmin pulun 382 min manatına mənzil alıb, qalanını isə dəgər şəxsi mənafeyinə sərf edib.
Abdullah məhkəmədə deyib ki, Aytəkin mənzilə sahibləndikdən sonra onunla münasibətləri soyudub. Bu hal da onda şübhələr yaradıb. Bundan sonra ilk işi Bakıda vəkil bürolarından biri ilə əlaqə yaratmaq olub. Hüquqşünasdan əcnəbilərin Azərbaycanda mənzil alması üçün hər hansı ciddi qadağa olmadığını öyrəndikdən sonra aldadıldığını dərk edib. Onun şikayəti əsasında Aytəkin cinayət məsuliyyətinə cəlb edilib. İbtidai və məhkəmə istintaqı gedişində onun həbsinə zərurət görülməyib, proseslərə evindən gəlib-gedib.
Xanım müttəhim məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, Abdullah ilə evlənmək məqsədilə münasibət yaradıb. Sözügedən mənzil də məhz birlikdə yaşamaları üçün alınıb. Münasibətləri pozulduqdan sonra mənzili satıb. O, son olaraq mənzilin ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olduğunu deyərək məhkəmədən bəraət istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan işdə verilmiş ittihamın əsaslı olduğu sübut edilib. Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər xanım müttəhimin həqiqətən də əcnəbi vətəndaşa qarşı dələduzluq etdiyi qənaətinə gəliblər.
Hökmə əsasən, Aytəkin 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib. / azxeber.com

Sosial       Tarix: 16 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


azerbaycan xeberleri yeni xeberler son xeberler sosial yardim en son xeber havanın temperaturu xabar az