Dubayda penthaus rekord qiymətə SATILDI
Dubayın ən bahalı yaşayış binalarından birində yerləşən penthaus 112 milyon dollara satılıb.
KONKRET.az xəbər verir ki, bu barədə "The National" qəzeti məlumat yayıb.
Bildirilib ki, bu, əmirliyin tarixində ən böyük daşınmaz əmlak sövdələşməsidir.
Məlumata görə, doqquz yataq otağı və hovuzu olan mənzilin sahəsi 3,5 min kvadratmetrdən çoxdur. Mənzil Jumeirahdakı Bulgari Lighthouse kompleksində yerləşir.
Qeyd edək ki, 2022-ci ildə Dubayda mənzil qiymətlərində kəskin artım olub. Eyni zamanda, dəbdəbəli daşınmaz əmlaka tələbat xeyli artıb, hər birinin dəyəri 10 milyon dollardan çox olan 219 ev satılıb. Daşınmaz əmlak sektoru Dubay iqtisadiyyatının üçdə birindən çoxunu təşkil edir.
Mütəxəssislərin fikrincə, 2023-cü ildə BƏƏ-də daşınmaz əmlak satışı 2022-ci ilin göstəricilərini keçə bilər.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var