Dubayda saxlanılan azərbaycanlı: "Biz qeyri-etik heç nə etməmişik

Dubayda saxlanılan azərbaycanlı: "Dekabrın 11-də biz Əbu-Dabi hava limanına, oradan da şəxsi nəqliyyat vasitəsi ilə "Dubay Mall"a gəlmişik. Dörd nəfər istirahət məqsədilə gəldiyimiz səfərdə anlaşılmazlıq səbəbindən saxlanılmışıq, ölkəni tərk etməyimizə icazə verilmir".
azxeber.com xəbər verir ki, bunu Oxu.az-a saxlanılan Emin Bəhman oğlu Cəlilov deyib. O bildirib ki, dörd azərbaycanlı yoldaşdan ikisi ölkəyə geri qayıdıb, iki nəfər isə "Dubay Mall"da afrikalı uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün saxlanılıb:
"Ticarət mərkəzində bir-birimizdən 10-15 metr aralı gəzirdik. Birdən orada afrikalı bir uşaq gördüm. Əlimi uşağın çiyninə qoyub şəkil çəkdirdim. Xatirə üçün dörd-beş saniyəlik bir video da çəkdim. Daha sonra təşəkkür məqsədilə uşağın başından öpdüm. İngilis dilində "çox sağ ol, təşəkkür edirəm" dedim.
Bizdən aralıda gəzən digər yoldaşımızı səslədik. O gəldi, altı-yeddi metr məsafədən mənim, uşağın və o biri yoldaşın şəklini çəkdi. Orada başqa heç nə olmayıb. Nə uşağa lağ etmişik, nə qeyri-etik davranışımız olub. Sadəcə, yanlış anlaşılma olduğundan anasının şikayətçi olduğunu deyərək bizi burada saxlayıblar. O uşaqla anası da turist idilər, Afrikadandırlar. Üç gün bizi nəzarətdə saxladılar. Daha sonra izahat alıb, telefonları alıb, buraxdılar. Dedilər ki, ölkədən çıxışınıza qadağa qoyulub, işiniz məhkəməyə göndəriləcək. 20-25 gün bizim işimizi yubatdılar.
Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinə, Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat vermişik. Artıq 50 gündür, biz burada çıxılmaz vəziyyətdə qalmışıq. Bilmirik, vəziyyət hansı yerdədir, amma biz heç bir qeyri-etik hərəkət etməmişik. Gah deyirlər, iki ildən on ilə qədər cinayət işi açıla bilər, gah deyirlər, şikayət geri götürülüb. Aidiyyəti qurumlardan xahiş edirik ki, bizim məsələni ciddi nəzarətə götürsünlər. Ailələrimiz bizdən narahatdırlar, iş yerlərimizdə problem yaranır. Rica edirik ki, bu məsələnin aydınlaşdırılması və bizim Azərbaycana qayıtmağımız üçün zəruri addımlar atılsın".
Xarici İşlər Nazirliyindən bildirilib ki, bu məsələ ilə bağlı Azərbaycanın Dubaydakı baş konsulluğu tərəfindən müvafiq addımlar atılıb:
"Zəruri araşdırma aparılır, hələlik yekunlaşmayıb".

Sosial       Tarix: 30 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeberler xəbər xeber az dunya xeberleri