Dünən gecə baş verən hücumlar Yəmənə və Husilərə bir xəbərdarlıq idi' - Hərbi ekspert

Dünən gecə baş verən hücumlar Yəmənə və Husilərə bir xəbərdarlıq idi' - Hərbi ekspertMəlum olduğu kimi, ötən gecə ABŞ və Böyük Britaniya orduları döyüş gəmisindən atılan "Tomahawk" raketləri və döyüş təyyarələrindən istifadə edərək kütləvi cavab zərbəsi çərçivəsində Yəməndə İranın dəstəklədiyi husilərin istifadə etdiyi ondan çox obyekti bombalayıblar. 
Bu hadisədən dərhal sonra Rusiya BMT-dən təcili iclas keçirməyi tələb edib.
Hazırda dünyada haqqında ictimai müzakirələr gedən ABŞ-nin Husilərə qarşı İsraildə müharibə başlayandan bəri kommersiya gəmilərinə dron və raket hücumlarının davamlı kampaniyası səbəbilə ilk hərbi cavabıdır.
Bəs bu hücumların müqabilində nə baş verəcək? Yaxın Şərqdə daha bir münaqişə ocağı gözlənilirmi?
Sözügedən proseslə bağlı azxeber.com-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, Yəməndəki bu cür hadisələr yeni münaqişə ocağının yaranma ehtimalını yaradır:
"Yaxın Şərqdə artıq bir neçə münaqişə ocağı mövcuddur. Başqa bir münaqişə ocağının isə ABŞ, Böyük Britaniya və digər Avropa ölkələrinin koalisiya yaradaraq Yəməndə Husilərə aid obyektləri bu gecə bombalamasından sonra yaranma ehtimalı var. Raket zərbələrinə tuş gələn "Ənsərullah" qruplaşmasının mövqeləri kifayət qədər böyük itkilərə məruz qalıb. Hazırda ABŞ zərbələrinə fasilə verib. Görünən odur ki, dünən gecə baş verən hücumlar Yəmənə və Husilərə bir xəbərdarlıq atəşi idi. Yəni Qırmızı dənizdə Husilər daşınmalara mane olacaqları təqdirdə bu zərbələrin növbəti mərhələsi müşahidə olunacaq. Əgər bu qruplaşma fəaliyyətində korreksiyalara yol verib daşınmalara mane olmazlarsa, ola bilər ki, ABŞ da hücumları davam etdirməsin".
Hərbi ekspert Rusiyanın BMT-ni təcili iclas keçirməyə çağırması ilə bağlı da fikirlərini deyib. Ekspert hesab edir ki, Rusiyanın bu addımı formal xarakter daşıyır:
"Rusiyanın BMT-ni təcili iclas keçirməyə dəvət etməsi və sair proseslər hazırkı vəziyyətə ciddi bir təsir etməyəcək. Çünki Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasında dedikləri fikirlər ABŞ-nin boğazından keçmir, ABŞ-nin də dediyi Rusiyanın boğazından keçmir. Odur ki, bu iclas formal xarakter daşıyır. Orda hansısa bir konkret nəticə çıxacağı gözlənilmir.
İranın da proseslərə qarışması mümkündür. Bu ölkənin ABŞ və Böyük Britaniyaya qarşı fəaliyyətə keçməsi Üçüncü Dünya Müharibəsinin başlanması üçün münbit şərait yarada bilər".
 
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 13 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı cəbhədən ən son xəbər xəbər xeber