Dünənki qətllə bağlı polisə yalan məlumat verilibmiş
Yevlax rayonunda qohumunu qətlə yetirən şəxslə bağlı polisə ilkin olaraq yalan məlumat verilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Open.az-a verilən məlumata görə, may ayının 6-da Yevlax rayon sakini Ceyhun Seyidovun yıxılaraq xəsarət alması və Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırma zamanı yaranın əlamətləri şübhə doğurduğu və qətl ehtimalı yaranıb. Keçirilmiş tədbirlərlə C.Seyidovu qətlə yetirməkdə şübhəli bilinən, onun yaxın qohumu olan Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Rəşad Dəvrişov tərəfindən törədildiyi müəyyən edilib. R. Dəvrişov polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Prokurorluğuna təhvil verilib. Dindirilmə zamanı R. Dəvrişov C.Seyidovla aralarında baş vermiş münaqişə zəminində sonuncuya daxilə nüfuz edən bıçaq zərbəsi vuraraq qətlə yetirdiyini etiraf edib. Cinayət aləti olan bir ədəd bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib