Dünya azərbaycanlılarından Prezidentə dəstək: "Qalib Azərbaycan İlham Əliyevin əsəridir

Dünya azərbaycanlılarından Prezidentə dəstək: Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri yaxınlaşdıqca dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız seçkilərlə bağlı mövqelərini açıqlayırlar.
"Report" xəbər verir ki, ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər.
Britaniya Azərbaycan Assosiasiyasının sədri Hafiz Baxşəliyevin məktubunda qeyd olunub ki, İlham Əliyevin rəhbərliyi işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi zamanı xalqımızın tarixi qələbəsinin təmin olunmasında mühüm rol oynayıb:
"Britaniya Azərbaycanlıları Assosiasiyası olaraq inanırıq ki, Sizin davamlı rəhbərliyiniz xalqımızı daha da yüksəldəcək, bütün azərbaycanlılar üçün sülh, sabitlik və firavanlığı təmin edəcək Prezident seçkilərinin yaxınlaşdığı bir zamanda Sizə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik. Sizin rəhbərliyiniz dünya azərbaycanlıları üçün ümid və güc çırağının rəmzidir".
Birləşmiş Ərəb Əmirlikiləri üzrə Azərbaycanlıların Koordinasiya Şurası 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçirilicək növbədənkənar prezident seçkilərində Sizin namizədliyini "BİZ - Zəfər yoluna davam!" şüarı ilə dəstəklədiyini qürur hissi ilə bəyan edib:
"Vətən müharibəsində əldə etdiyimiz qələbə sayəsində Azərbaycan xalqı qalib xalq kimi özünü dünyaya tanıdıb. Qürur hissi ilə demək olar ki, indi Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz əminik ki, Qalib Xalqın seçimi yalnız Qalib Lider olacaq! Sizin rəhbərliyinizlə qalib Azərbaycan bundan sonra da yeni uğurlara imza atacaq!"
"BM Morrison Partners" beynəlxalq hüquq şirkətinin rəhbəri, hüquq elmləri doktoru Fərhad Mirzəyev yazıb ki, uzun illərdir Azərbaycanımızın post-sovet məkanında sabitlik adasına çevrilməsi məhz İlham Əliyevin bacarıqlı diplomatiyasının və müdrik siyasətinin nəticəsidir:
"Qarabağın azad olunmasında böyük Qələbəmizə rəğmən, dünyada baş verən geosiyasi hadisələr fonunda Azərbaycanın yeni təhlükələrlə üzləşmək risklərinin mövcudluğu da danılmazdır. Azərbaycanımız naminə qarşıdan gələn seçkilərdə Sizin Azərbaycan Respublikasının Prezidentliyə namizədliyinizə dəstək verməyi özümə vətəndaşlıq və vətənpərvərlik borcu hesab edirəm. Azərbaycanda və xaricdə yaşayan həmyerlilərimizi də Qalib Liderə səs verməyə çağırıram".
"Vətənsevər" Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti də 7 fevral seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib. Cəmiyyətin sədri Könül Hacızadə bildirib ki, növbədənkənar Prezident seçkilərində ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən, Azərbaycan xalqına zəfər sevincini bəxş edən, ölkəmizin və xalqımızın adını dünya miqyasında qalibiyyətin ən uca səviyyəsinə çatdıran, qalib Azərbaycan xalqının qalib Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin prezidenti İmaməddin Qasımov bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı başını dik tutur, alnıaçıq, üzüağ, qürurla yaşayır, özünü qalib xalqın nümayəndəsi hesab edir: "Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan dövlətinin tarixində ilk dəfə İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyü tam təmin edilmiş vətənimizin bütün ərazilərində keçiriləcək. Tam əminik ki, Azərbaycan xalqı əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək, sabitliyə, əmin-amanlığa, parlaq gələcəyə səs verəcək".
Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan-Amerika Gənclər Federasiyası da növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək barədə qərar qəbul edib. Qərarı federasiyanın sədri Günay Məmmədova açıqlayıb: "Biz, ABŞ-da yaşayan azərbaycanlı gənclər hər zaman Sizin iradə və əzminizə arxalanaraq fəaliyyət göstərmiş, Azərbaycanımızı yerli icmalar, ABŞ mətbuatı və akademik institutlarda layiqincə təmsil etmək uğrunda durmadan çalışmışıq. Cənab Prezident, Sizə qarşıdan gələn növbədənkənar Prezident seçkilərində "Qalib xalqın Qalib lideri" şüarı altında dəstəyimizi ifadə edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq".
Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının icraçı direktoru Elnurə Həşimova qeyd edib ki, İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasətin bütün dünyada heyranlıqla izlənməsi, beynəlxalq arenada Azərbaycanın hər keçən gün daha da tanınması və nüfuzunun güclənməsi bizə böyük fərəh hissi yaşadır: "Amerikanın Kaliforniya ştatı və Los-Anceles şəhəri kimi önəmli bölgəsində yaşayan azərbaycanlılar olaraq ən çətin şərait və şərtlərlə üzləşməyimizə baxmayaraq, tarixi ədalətin bərpa olunması yolunda hər zaman qürur hissi ilə dövlətimizə arxalanaraq Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması üçün bütün imkanlarımızla səy göstəririk. Biz Azərbaycan diasporu olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində Sizin qələbənizə inanırıq".
Vaşinqtonda yaşayan azərbaycanlı rəssam Nərmin Əzimzadə-Sadıqova deyib ki, növbədənkənar Prezident seçkilərində İlham Əliyevin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədliyini həm Yeni Azərbaycan Partiyasının üzvü kimi, həm də Vətəndən kənarda yaşayıb qəlbi daim Vətən sevgisi ilə döyünən bir ziyalı kimi bəyənir və dəstəkləyir:
"Bu gün Azərbaycan qalib dövlətdir. Dünya dövlətləri arasında xüsusi yeri olan bir ölkədir. Qalib Azərbaycan İlham Əliyevin əsəridir!"

Sosial       Tarix: 28 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeber sonxeberler valyuta mezennesi cəbhədən görüntüleri