Dünya çempionatında idmançılarımızın ilk rəqibləri müəyyənləşdi
Bu gün Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürəcək.
Publik.az xəbər verir ki, iyulun 18-də sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
Güləşçilərimizdən Yusif İsparov (45 kq) Hayko Qasparyan (Ermənistan), Hacı Kərimov (48 kq) ukraynalı Vitali Qonçar, Elman Məmmədov (51 kq) Seyfulla İtayev (Fransa), Cavid Cavadov (55 kq) Qazaxıstan təmsilçisi Abdinur Nurlanbek, Abdulrəhman İbrahimov (60 kq) Erik Mantanona (ABŞ), Ağanəzər Novruzov (65 kq) çexiyalı Samuel Bistron, İlkin Ağayev (71 kq) Ramazan Doğan (Türkiyə), Səttərxan Allahverdili (80 kq) Rumıniya idmançısı Denis Kirika, Yusif Dursunov (92 kq) israilli Nikita Qubarets, Azay İsmayılov (110 kq) isə Türkiyə güləşçisi Hakan Büyükçınqıl ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər xalça üzərinə çıxacaqlar. İyulun 20-də isə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində yer alan idmançılar mübarizəyə qoşulacaqlar. /publika.az

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada