"Dünya səviyyəsində müzakirə olunan iki əsas mövzu varsa, biri enerji təhlükəsizliyidir"

"Dünya səviyyəsində müzakirə olunan iki əsas mövzu varsa, biri enerji təhlükəsizliyidir""Bildiyiniz kimi 2018-ci ilin iyulun 3-də 330 KV-luq stansiyadakı cərəyan transformatorunda baş verən qəza demək olar ki, ölkənin yarıdan çoxunda enerji sisteminin çökməyinə səbəb oldu. Bundan sonra Prezident İlham Əliyevin göstərişi ilə elektrik stansiyasında yenidənqurma layihəsi başladıldı və 2020-ci ilin iyunun 25-də cənab Prezidentin iştirakı ilə "Azərbaycan" İstilik Elektrik Stansiyasının 330 və 500 KV-lıq yarımstansiya, 8 enerji bloku, idarəetmə dispetçer mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verildi".
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli Prezident İlham Əliyev "Azərbaycan" İstilik Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirakını şərh edərkən deyib.
"Dünya səviyyəsində müzakirə olunan iki əsas mövzu varsa, biri enerji təhlükəsizliyidir"O bildirib ki, enerji təhlükəsizliyi dünya səviyyəsində müzakirə olunan iki əsas mövzudan biridir:
- Aydındır ki, hər bir ölkənin energetika sistemi onun iqtisadiyyatında çox mühim rol oynayır. Danılmaz faktdır ki, elektrik enerjisinin təminatı ilə bağlı məsələlər olduqca mürəkkəbdir. Enerjinin istehsalı, istehlakı, nəqli, satışı və s. kimi bu məsələlər digər sahələrdən olduqca fərqlidir. Dünya səviyyəsində belə müzakirə olunan iki əsas mövzu varsa, biri enerji təhlükəsizliyidir, digəri isə qida təhlükəsizliyidir.
- Bəs yaxşı, niyə ölkələr bu qədər enerji təminatına və təhlükəsizliyinə diqqət yetirir?
- Çünki sosial-iqtisadi və hərbi-siyasi stabillik birbaşa olaraq enerji resuruslarının təminatından asılıdır. Həm normal şəraitdə, həm fövqəladə hallar durumunda ölkə və region əhalisinin, vətəndaşların, eləcə də dövlət və iqtisadiyyatın müvafiq keyfiyyətli enerji ilə təminatı enerji strategiyasının tərkib hissəsi kimi realizə olunur. Azərbaycan elektrik enerjisi ixracatçısıdır və bu durumda yenidən qurulan İstilik Elektrik Stansiyasının, eləcə də tikilməkdə olan digər rayonlardakı elektrik istehsalı müəssisələrinin gücü, müasir avadanlıqlarla təchiz olunması həm yerli istehlakın, həm də ixrac potensialının gücləndirilməsinə şərait yaradır. Biz həmçinin ölkə olaraq cari enerji istehsalı gücümüzü artırmağı da hədəfləyirik. 
"Dünya səviyyəsində müzakirə olunan iki əsas mövzu varsa, biri enerji təhlükəsizliyidir"- O zaman nələrə diqqət etməliyik, hansı addımlar atılmalıdır, qarşımızda nələr durur?
- İlkin olaraq enerji subsidiyalarının idarə olunma mexanizmasını düzgün qiymətləndirməliyik. Belə ki, statistik rəqəmlərə nəzər salsaq 2014-cü ildən etibarən enerjiyə ayrılan subsidiyaların ümumi məbləği ortalama olaraq iki dəfəyə yaxın artırılıb. Lakin son dönəmlər "yaşıl iqtisadiyyat" sisteminin qurulmasında önəm kəsb edən, bərpa olunan enerji mənbələrinə ayrılan investisiyaların həcmi bu ümumi subsidiyaların içərisində olduqca azdır. Nəzərə alsaq ki, Azərbaycanda bərpa olunan enerji mənbələri üçün yetəri qədər resurs mövcuddur və aparılan araşdırmalara diqqət yetirsək, Azərbaycanda illik 5 min meqavatadək günəş enerjisi, 4 min 500 meqavatadək külək enerjisi, 800 meqavata qədər geotermal yeraltı istilik enerjisi istehsalı potensialı mövcuddur. Bəs bu resurslarımız olduğu təqdirdə biz niyə bundan istifadə etmirik?! İkinci olaraq, enerji istehsalı üzrə strateji çərçivə müəyyənləşdirilməlidir və bu çərçivə enerji istehsalı üçün mükəmməl hüquqi normativ bazanın təkmilləşdirilməsi, investisiyaların həcminin artırılması üçün əlverişli mühitin formalaşdırılması, bu istiqamətdə geniş miqyaslı islahatların aparılması kimi bir sıra önəmli addımları özündə ehtiva edir. Son olaraq, elektrik enerjisi ticarəti üzrə uzun müddətli strategiyalar hazırlanmalıdır. Burada həm ixrac, həm də idxal məsələləri, balanslaşdırılmış ticarət mövzuları xüsusilə diqqətə alınmalıdır. 
Təhməz Təkin
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 27 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun 2026 krminal bu gun son xəbərlər bugün 2026 krimnal xeber