Müctəba Xamenei bilərəkdən gizlədilir? - İranın İLGİNC PLANI
İranın ali lideri Müctəba Xameneinin sağlamlığı və ictimai görünüşü ilə bağlı məlumatlar verilmir. Təhlükəsizlik və siyasi sabitlik səbəblərindən, həmçinin daxili və xarici təsirlərin qarşısını almaq məqsədilə onun şəxsi vəziyyəti barədə məlumatların bilərəkdən məhdud şəkildə yayıldığı ehtimal edilir. Bu isə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə spekulyasiyalara yol açır.
Müctəba Xamenei bilərəkdən gizlədilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib:
"Təbii ki, İranda dini lider Ayətullah Xamenei öldürüldükdən sonra ciddi şəkildə Müctəba Xameneinin qorunması istiqamətində addımlar atılır. Bu baxımdan da onun gizlədilməsi normal bir haldır. Çünki ikinci dəfə İranın dini lideri öldürülərsə, dövlət olaraq İranın iflası demək olar.
Cavanşir Abbaslının sözlərinə görə, nə qədər cəbhədə dirəniş göstərsə də, faktiki olaraq ikinci dəfə seçdikləri dini liderin öldürülməsi İranın imicinə olduqca böyük zərbə vurar.
"Müctəba Xameneinin mühafizə olunması və gizlədilməsi normal bir haldır. Hətta müharibənin nə zaman bitməsindən asılı olmayaraq onun üzə, çıxması ehtimalı aşağı görünür. M. Xameneinin atasının dəfnində belə iştirak etməyəcəyini düşünürəm. Çünki onun həyatı bu dəqiqə İran dövləti üçün çox vacibdir", — deyə siyasətçi əlavə edib.
Müctəba Xameneinin Rusiyaya aparıldığı barədə mediada gedən xəbərlərdən bəhs edən Cavanşir Abbaslı deyib:
"Bu, güclü ehtimallardan biri sayıla bilər. Rusiya bu müharibə ilə bağlı bəyanatlarda o tərəfə doğru mövqe sərgiləməsə də, hesab edirəm ki, Rusiya üçün də yeni dini liderin həyatı vacibdir. Çünki Rusiya İranın ən yaxın müttəfiqlərindən sayılır. Və Müctəba Xameneinin öldürülməsi Kremlin də maraqlarına heç bir halda cavab verə bilməz".
Dəniz Pənahova
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK