Dünyanı koronavirusa yoluxduran Uhanda insanlar BELƏ ƏYLƏNİR - FOTOLAR

Dünyanı koronavirusa yoluxduran Uhanda insanlar BELƏ ƏYLƏNİR - FOTOLARKoronavirus pandemiyasının başlanğıc nöqtəsi olan Çinin Uhan şəhərində həyat normala dönüb.
Ötən gün şəhərdə keçirilən böyük musiqi festivalına minlərlə insan qoşularaq əylənib.
Xatırladaq ki, 2019-cu ilin dekabrın son günlərində Uhanda aşkarlanmış yeni tip koronavirus hazırda planetimizin bir nömrəli problemi olmaqda davam edir. Artıq bir il yarımdır həyatımızda olan virus hər gün minlərlə insanı öz qurbanına çevirir, milyonlarla insanın həyatına ziyan vurur. Bu günə qədər dünyada 153,4 milyondan çox insan virusa yoluxub, 3,2 milyon insan isə ölüb. Rəqəmlər hər saniyə artır. Bəzi ölkələrdə, o cümlədən Hindistanda, Braziliyada epidemioloji vəziyyət tamamilə nəzarətdən çıxıb.
Bütün bunların fonunda epidemiyanın ilk ortaya çıxdığı Uhanda həyat normal vəziyyətinə dönüb.
Bir çox ölkələrdə pandemiya ilə bağlı məhdudiyyətlər davam etdiyi halda, Uhanda böyük Çiyələk Musiqi Festivalı başlayıb. Festivalın ilk günündə minlərlə insan konsertlərdə iştirak edib.
"Daily Mail" qəzetinin yazdığına görə, ötən gün festivala 11 mindən çox insan qoşulub. Yayılan görüntülərdə insanların maska taxmadığı və sosial məsafəyə məhəl qoymadığı əks olunur.
Yerli mətbuatın məlumatına görə, Uhanda son zamanlar yalnız bir neçə yeni yoluxma faktı aşkar edilib. Bununla da şəhər epidemiyaya qalib gəlmiş hesab olunur.
Ötən gün Çində ümumilikdə cəmi 15 yeni yoluxma faktı qeydə alınıb.
Qeyd edək ki, bu günə qədər Çində 90,6 min insan koronavirusa yoluxub, 4,6 mindən çox insan virusdan vəfat edib. Bu göstəricilərinə görə Çin dünya ölkələri arasında 96-cı yerdədir. (musavat.com) /publika.az

Dünya       Tarix: 03 may 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler dunyada son xeberler beynelxalq bank mezenne cəbhədən son məlumatlar