Dünyanın diqqəti Belarusda - Xalq kimi seçəcək? (YENİLƏNİR)
Belarus Mərkəzi Seçki Komissiyasının saat 14: 00-a olan məlumatına görə, prezident seçkilərində seçicilərin 65,19% səs verib. Bu da Belarusda seçkilərin baş tutduğunu göstərir.
xxx
10:05
Belarusda prezident seçkiləri başlayıb.
Ölkə ərazisindəki seçki məntəqələri yerli vaxtla saat 20:00-a qədər fəaliyyət göstərəcək.
07:17
xxx
Belarusda prezident seçkilərində əsas səsvermə günü bu gün keçiriləcək.
Publika.az xəbər verir ki, Belarus ərazisində 6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb.
36 ölkədə yaşayan Belarus vətəndaşları isə 44 məntəqədə səs verə biləcək.
Belarusda başqa vətəndaşların əvəzinə səsvermə, hətta etibarnamə olduğu halda da yolverilməzdir. Əgər vətəndaş sağlamlığının vəziyyətinə görə və ya başqa üzrlü səbəbdən seçkilər günündə səsvermə məntəqəsinə gələ bilmirsə, onun həmin gün olduğu yer üzrə səsvermə təşkil olunacaq.
Qeyd edək ki, iyulun 14-də Belarus Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, "Belorus Sosial-Demokratik Qramada" partiyasının sədri Sergey Çereçnyanın, "Düzünü danış" birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək