Dünyanın ən böyük konstruksiyası Səudiyyə Ərəbistanında yığılacaq
Səudiyyə Ərəbistanı 2021-ci il Qran-Prisinin promoteri olan Səudiyyə Avtomobil və Motosiklet Federasiyasının təşəbbüsü ilə krallıqda keçiriləcək ilk F1 yarışları ərəfəsində dünyanın ən böyük "Lego" F1 bolid konstruksiyası yığılacaq.
Publika.az xəbər verir ki, "Lego" bolid konstruksiyasında yarım milyondan artıq rəngli plastik hissəciklərdən istifadə ediləcək. Sentyabrın 15-də Ciddə şəhərindəki "Red Sea Mall"da başlanacaq bu proses təxminən bir həftə davam edəcək. Şəhərin qubernatoru, şahzadə Xalid bin Sultan əl-Faysal jurnalistlərə müsahibəsində bildirib ki, Ciddədə keçiriləcək ən sürətli və uzun məsafəli şəhər Qran-Prisi ərəfəsində dünyanın ən böyük bolid konstruksiyasının yığılması da əlamətdar hadisə olacaq. O əlavə edib ki, yığılma prosesinin sonunda bolid "Lego"suna müvafiq sertifikat veriləcək.
Səudiyyə Ərəbistanının idman rəsmiləri krallığın bütün ərazisindəki vətəndaşları bolid "Lego"nun yığılmasında iştirak etməyə dəvət ediblər. İlk F1 Səudiyyə Ərəbistanı Qran-Prisi isə dekabrın 3-5-də Ciddədə keçiriləcək.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var