Dünyanın ən uzun insan dişi çəkildi - FOTO
Almaniyanın Offenbax şəhərində diş ağrısı ilə həkimə müraciət edən Miyo Vodopiyya gözlənilməz hadisə ilə üzləşib.
Open.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dişi rentgen olunan pasiyentə həkimi Maks Lukas köklərin qeyri-adi uzunluğu səbəbindən əməliyyat təklif edib. Ancaq əməliyyat zamanı Maks daha da təəccüblənib. Belə ki, köklər düşünüldüyündən daha uzun - 37,2 millimetr olub.
Lukas bu faktın Ginnesin rekordlar kitabına düşməsi üçün hərəkətə keçib və lazımi sənədləri toplamağa başlayıb. /open.az