"Düşmənə verəcəyimiz cavab təsirli olmalıdır" - Ədalət Verdiyevdən AÇIQLAMA
Sərhəddə və Qarabağ ərazisindəki təxribatlar bir daha göstərir ki, Ermənistan sülhə hazır deyi. Danışıqlara mane olmaqla bölgədə sülhü əngəlləyən bu hadisələr düşmən ölkənin çirkin niyyətindən xəbər verir. Laçın sərhəd keçid məntəqəsində və digər ərazilərdə baş verən təxribatlara adekvat cavab verən Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr vurub.
Məsələ ilə bağlı hərbi ekspert Ədalət VerdiyevKONKRET.az-a açıqlama verib:
"Ermənistan ilk dəfəydi ki, Laçın sərhəd keçidi istiqamətində təxribatlara yol verirdi. Bunu Ermənistandakı bəzi revanşist qüvvələrin Azərbaycan ilə Qarabağ erməniləri arasında səmimi münasibətlərin qurulmasından keçirdiyi narahatlıqla əlaqələndirmək olar.
Zəngilan istiqamətində törədilən təxribatlara gəlincə, Ermənistan tərəfi daha əvvəllər də Zəngilan istiqamətində diversiya kəşfiyyat qrupu göndərməyə cəhd etmişdi. Həmin diversantlardan iki nəfəri Azərbaycan tərəfdə saxlanmaqdadır. Bununla bağlı istintaq tədbirləri həyata keçirilir. Zəngilan istiqamətində ermənilərin mövcud olan mövqeləri kifayət qədər bərbad vəziyyətdədir. Mövqelər arasında yüksəklik fərqi kifayət qədər böyükdür. Buna görə də, Ermənistan hansısa təxribatlarla epizodik də olsa müəyyən nəticələr əldə etməyə, mövqelərini yaxşılaşdırmağa cəhd edir. Amma bu cəhdlər nəticə verməyib, bundan sonra da verməsi də ehtimal olunmur.
Düşmənin bütün təxribatlarına kifayət qədər adekvat cavab verilsə də, bu bəzən yetərli olmur. Düşmənə verəcəyimiz cavab adekvatlığıyla bərabər, həm də təsirli olmalıdır. İstənilən halda ərazimizə atəş açılan mövqelərin darmadağın edilməsi və həmin mövqelərdə uyğun olarsa əsgərimizin və bayrağımızın yerləşdirilməsi zərurəti yaranıb. Rusiya sülhməramlarının nəzarəti altındakı Qarabağ ərazisində Azərbaycan tərəfi əhalinin seyrək yaşadığı bir neçə istiqamətdə yerdəyişmələr etməsi mütləqdir. Bu proses bir qədər sürətlənməlidir.
Vəli Həsənov,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi