DYP-dən avtomobili nömrəsiz idarə edənlərlə bağlı - AÇIQLAMA
Ölkədə dövlət qeydiyyat nişanı olmayan avtomobillərin sürülməsi halları artıb. Bu isə yol hərəkətində təhlükəsizlik risklərini artırır və vətəndaşlar arasında narahatlıq yaradır.
Nişansız avtomobillərin yollarda hərəkəti zamanı onların sahiblərinin müəyyən olunması çətinləşir və hər hansı qəzalar zamanı məsuliyyətin müəyyənləşdirilməsi problemə çevrilir.
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli azxeber.com-a açıqlamasında deyib ki, sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədilə dövlət nişanlarını çıxarırlar:
"Təəssüflə qeyd etmək lazımdır ki, bəzən sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədilə dövlət nişanlarını çıxarırlar. Nəzərə almaq lazımdır ki, dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsini idarə etmək inzibati məsuliyyət yaradır.
Belə hallar aşkarlandığı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən 4 cərimə balı və 100 manat məbləğində cərimə nəzərdə tutulub. Sürücülərə bir daha bildiririk ki, dövlət qeydiyyat nişanları nəqliyyat vasitələrinin üzərində olmalıdır. Əks halda onlar inzibati məsuliyyətə cəlb olunacaqlar".
Şahanə Ziyad
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma