DYP-dən bayramla əlaqədar sürücülərə MÜRACİƏT

DYP-dən bayramla əlaqədar sürücülərə MÜRACİƏTDaxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ​ bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
azxeber.com xəbər verir ki, müraciətdə deyilir:
"Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı ilə əlaqədar 2023-cü il dekabr ayının 31-dən 2024-cü il yanvar ayının 7-dək ölkədə qeyri-iş günü olması və​ ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli günlərində şəhər əhalisi respublikanın müxtəlif regionlarına səfər edir və bu səbəbdən yollarda nəqliyyatın hərəkət intensivliyi bir qədər də artır. Lakin təəssüflər olsun ki, bəzi sürücülərin tələskənliyi, yollarda müəyyən edilmiş hərəkət sürətin aşmaları, ötmə və manevretmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.
Belə qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına​ sağ-salamat çatması, eləcə də bayramın xoş əhval-ruhiyyə ilə keçirilməsi üçün dövlət yol polisinin şəxsi heyəti bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək.
Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin​ Baş Dövlət Yol Polisi İdarəsi​ bir daha bütün hərəkət iştirakçılarına, xüsusilə də işğaldan azad olunmuş rayonlara ilk dəfə gedən sürücülərə yollarda son dərəcə diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu və ya hər hansı dərman preparatlarının təsiri altında əyləşməməyi,​ yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, mövcud hava şəraitini və yolun dağlıq relyefdən keçməsini nəzərə alaraq, enişli ərazilərdə daha çox avtomatik transmissiyalı avtomobillərdə tiptronik funksiyasından, mexaniki transmissiyalı nəqliyyat vasitələrində isə aşağı sürətli ötürücülərdən istifadə etməyi tövsiyə edir, eləcə də hər bir hərəkət iştirakçısını özünün və doğmalarının həyatını təhlükə qarşısında qoymamaq üçün yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır".

Sosial       Tarix: 31 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib

Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib. "Report"a istinadən xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçü

Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə

2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentləri

Azərbaycan nefti kəskin ucuzlaşdı: "Azeri Light" 86 dollara düşdü

Qlobal enerji bazarlarında neftin qiymətində eniş tendensiyası davam edir. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,67 dollardan, ABŞ-ın yüngül xam nefti (WTI) isə 75,62 dollardan satılır. Nef

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. xəbər verir ki, müğənni səhhəti ilə bağlı çətin günlərində göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlığını ifadə edib

DİQQƏT: Dollar zəifləyir, bəs manatı nələr gözləyir?

Hörmüz boğazında gərginliyin azalması və dəniz marşrutunun tam fəaliyyətə başlaması dünya enerji bazarlarında qiymətlərin aşağı düşəcəyi ilə bağlı gözləntiləri artırıb. Bu vəziyyətin ABŞ dollarının məzənnəsinə və Azərbaycand

Qızıl son günlərdə ilk dəfə 4 200 dollardan aşağı düşdü

Beynəlxalq əmtəə bazarlarında qiymətli metalların dəyərində eniş qeydə alınıb. Qızılın qiyməti son günlərdə ilk dəfə olaraq bir unsiya üçün 4 200 dollar həddinin altına düşüb. xəbər verir ki, "Comex" birjasını

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avro əvvəlki günlə müqayisədə bahalaşaraq 1,9741 manat

Kriptovalyuta bazarında düşüş: Bitcoin və Ethereum son sutkada dəyər itirdi

Kriptovalyuta bazarında satış təzyiqi güclənib. Bazar dəyərinə görə ən böyük iki rəqəmsal aktiv olan "Bitcoin" və "Ethereum" son sutkada dəyər itirib. milliaz-a istinadən xəbər verir ki, binance birjasını

WhatsApp'da mesaj menyusu dəyişdi

"WhatsApp" Android istifadəçiləri üçün yeni funksiyanı sınaqdan keçirir. -a istinadən xəbər verir ki, "WhatsApp" Android versiyasında mesaj menyusunun dizaynını yeniləməyə hazırlaşır. Yeni funksiyaya əsasən


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbər son xəbərlər kriminal xeber bugunun xeberleri