DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə VACİB XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Qurumdan azxeber.com-a daxil olan müraciətdə bildirilir ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir:
"Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, yol nişanlarını, nişanlama xətlərini, ümumiyyətlə nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.
Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini real vəziyyətə uyğun nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yol çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görüldü
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu
Türkiyə millisində ilk: Arda Gülər tarixə düşdü
Montella: Bu qələbəni qazanmaq çox vacib idi
Futbol üzrə növbəti dünya çempionatı Azərbaycanda keçiriləcək
DÇ-2026: Türkiyə son oyununa çıxır
Gələn həftə AB ilə bu xəbəri elan edəcəyik - Paşinyan
Ermənistan parlamentinin yeni sədri o olacaq
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO
Yaponiya və Venesuelada güclü zəlzələ oldu, Venesuelada fövqəladə vəziyyət elan edildi
Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı
Mi-2 helikopteri qəzaya uğrayıb: Pilot həlak oldu - Rusiyada
Bakıda "Rənc Rover" ağır qəza törətdi: ölən var