DYP sürücülərə xəbərdarlıq etdi
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ani yağış zamanı yollarda yaranan təhlükələrlə bağlı sürücülərə xəbərdarlıq edib.
İdarədən azxeber.com-a verilən məlumata görə, xəbərdarlıqda deyilir:
"Son günlər müşahidə olunan ani və intensiv yağışlar zamanı asfalt örtüyündə suyun qısa müddətdə toplanması nəticəsində nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükələr yarana bilir. Belə hallarda yol səthində yaranan su təbəqələri sürücülər tərəfindən hər zaman vizual olaraq seçilmədiyindən, bu sahələrə daxil olan avtomobillərdə hidroplanlaşdırma (aquaplaning) – yəni təkərlə yol arasındakı təmasın itməsi baş verir.
Sürət yüksək olduqda daha təhlükəlidir
Qeyd olunan hal sürət yüksək olduqda daha təhlükəlidir. Belə şəraitdə edilən ani tormozlama və ya qəfil sükan manevri avtomobilin idarəetmədən çıxması və qəza ilə nəticələnə biləcək risklərin artmasına səbəb olur".
DYP-nin tövsiyələri
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə hava şəraitini və yol örtüyünü nəzərə alaraq aşağıdakı qaydalara ciddi əməl etməyi tövsiyə edir:
- Yağışlı hava şəraitində hərəkət zamanı sürəti normadan artıq artırmamaq;
- Təkərlərin texniki vəziyyətinə – xüsusilə protektor dərinliyinə daim nəzarət etmək;
- Gölməçəyə daxil olduqda tormozdan istifadə etmədən sükanı sabit saxlamaq;
- Digər nəqliyyat vasitələri ilə ara məsafəsini artırmaq.
"Unutmayın ki, görünməyən su təbəqələri yolda gözlənilməz təhlükələr yaradır. Hər bir sürücü hava və yol şəraitinə uyğun davranmaqla həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməlidir", məlumatda deyilir.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA