EBRD Azərbaycandakı cari layihələr portfelini artırdı
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli fevralın 28-nə 1,086 milyard avro təşkil edib.
KONKRET.az-ın banka istinadən verdiyi məlumata görə, bu kredit resursları hesabına 33 layihə maliyyələşdirilib.
Ay ərzində portfelin həcmi 0,37 % (4 milyon avro) artıb. Müqayisə üçün, 31 yanvar 2025-ci il tarixinə o, 1,082 milyard avro dəyərində qiymətləndirilib və 34 layihəni əhatə edib.
EBRD-nin məlumatına görə, cari portfelin əsas hissəsi – 92 % (994 milyon avro) dayanıqlı infrastrukturun inkişafına yönəlib. Digər 5 % (52 milyon avro) korporativ sektorun, 3 % (40 milyon avro) isə maliyyə institutlarının payına düşür.
Ümumilikdə EBRD 196 layihənin həyata keçirilməsi üçün Azərbaycana 4,064 milyard avrodan çox sərmayə qoyub.
Bankın ölkədəki əməliyyat aktivləri 28 fevral 2025-ci il tarixinə 757 milyon avro təşkil edib. Bu, bu il yanvarın 31-nə olan göstərici ilə müqayisədə 0,8 % (6 milyon avro) çoxdur.
Ötən il EBRD Azərbaycanda səkkiz layihənin maliyyələşdirilməsinə ümumilikdə 199 milyon avro məbləğində kredit ayırıb ki, bu da əvvəlki illə müqayisədə 27,56 % (və ya 43 milyon avro) artım deməkdir. Müqayisə üçün qeyd edək ki, bank 2023-cü ildə iki layihəni maliyyələşdirib.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi