Ədalət Verdiyev: "Təxribatlar davam edərsə, ordumuzun cavabı daha sərt olacaq"

Ədalət Verdiyev: Azərbaycanla Ermənistan arasında danışıqlar başlayanda ermənilər dərhal təxribatlara əl atır. Burada əsas məqsəd beynəlxalq aləmin diqqətini bir daha bölgəyə yönəltmək və birgəyaşayışın qeyri-mümkünlüyünü sübut etməkdir. Təxribatlar həm də ermənilərin sülhə hazır olmamasını göstərir. Dünən Qarabağda ermənilərin Azərbaycan mövqelərini atəşə tutması da sıradan bir hadisə deyil. Özlərini əzabkeş xalq kimi göstərən ermənilər Qarabağda təcavüzə məruz qaldıqlarını nümayiş etdirmək üçün imitasiyalar edirlər.
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Ədalət Verdiyev sülh sazişi üzrə danışıqlarda hansısa irəliləyişin əldə olunduğu vaxtda Ermənistanın təxribat törədəcəyinə vərdiş etdiyimizi deyir:
Ədalət Verdiyev: "Dəfələrlə Azərbaycanın sülh sazişi üzrə danışıqlarda müsbət addımlar atdığı ərəfədə ermənilər prosesi pozmaq üçün həm sərhəddə, həm də rusların müvəqqəti nəzarətində olan ərazilərimizdə müxtəlif təxribatlara əl atıb. Laçın sərhəd-keçid məntəqəsinin quraşdırılmasından sonra erməni silahlıları təxribatları intensivləşdirib. Vaşinqtonda Azərbaycan və Ermənistan arasında başlanan danışıqlar prosesini pozmaq üçün erməni silahlıları bu dəfə də eyni ssenari üzrə təxribat törətdilər. Azərbaycan tərəfinə müxtəlif istiqamətlərdən atəş açıldı və bir hərbi qulluqçumuz yaralandı. Təxribat rusların müvəqqəti nəzarət zonasında baş versə də, rus kontingentinin də komandanlığı hələlik bu məsələyə adekvat münasibət bildirməyib. Bu təxribatlar Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlara kölgə salmaq, mümkün olduğu halda prosesi uzun müddətə təxirə salmaq məqsədi daşıyır.
Əsgərimizin yaralanmasına görə Azərbaycan Ordusunun cavabı çox ləngimədi. Ordumuzun həyata keçirdiyi "Qisas" əməliyyatı nəticəsində qanunsuz erməni hərbi birləşmələrinin beş üzvü məhv edildi. Görünən odur ki, düşmən tərəfində canlanma müşahidə olunur. Erməni silahlı qüvvələrinin növbəti təxribatlara əl atması üçün müəyyən hərəkətlilik,  həyata keçirilir.
Əgər erməni yaraqlıları silahı təhvil verib ərazini tərk etməzsə, təxribatlar davam edərsə, Azərbaycan tərəfinə atəş açarlarsa, o zaman daha ciddi şəkildə cəzalarını alacaqlar. Erməni təxribatlarına Azərbaycanın cavabı kifayət qədər sərt və adekvat olacaq. Azərbaycan ərazisində bir nəfər də olsun erməni silahlısı qalmayacaq.
Ermənilər Azərbaycan Ordusunun gücünü son vaxtlar daha aydın görüblər. Fərrux, Sarıbaba, Qırxqız, Buzdux əməliyyatlarında, 20.54 yüksəkliyinin azad olunmasında ordumuz düşmənə sarsıdıcı zərbələr vurub. Laçın, Sus və Zabuxun düşməndən təmizlənməsi, Zabux və Cağavuz kəndləri arasındakı mövqelərə yerləşməyimiz, Laçın sərhəd-keçid məntəqəsinin qurulması, Zamanpəyəsi və Allahqulular kəndinin azad edilməsi zamanı reaksiyamızın necə olacağını dəfələrlə düşmən tərəfə nümayiş etdirmişik".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 29 iyun 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər cəbhədən xəbər sonxeberler dunya xeberleri