Edi Rama: 'Azərbaycan qazı Avropanın gələcəyi üçün həlledici əhəmiyyətə malikdir
Azərbaycanın təbii qazı Avropanın ümumi gələcəyi üçün həlledici əhəmiyyətə malikdir.
Bunu Albaniyanın Baş naziri Edi Rama martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında deyib.
E.Rama bildirib ki, Cənub Qaz Dəhlizi (SGC) Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Onun sözlərinə görə, SGC layihəsi ölkələri, şirkətləri və beynəlxalq maliyyə institutlarını bir-birinə yaxınlaşdıran intensiv əməkdaşlıq körpüsünə çevirib:
"Bu gün hamımız şahidlik edə bilərik ki, Cənub Qaz Dəhlizi artıq bir çox insanların həyatını dəyişib və Avropanı daha təhlükəsiz edib. Avropa mayeləşdirilmiş təbii qaz tədarükünü artırdığı dövrdə Cənub Qaz Dəhlizi, şübhəsiz ki, Avropa İttifaqına nəql olunan boru kəməri qazının bir neçə sabit və rəqabətədavamlı mənbələrindən biri olaraq qalacaq".
E.Rama qeyd edib ki, Albaniya bərpa olunan enerji layihələrinə sərmayə qoymaq və dayanıqlı infrastrukturu inkişaf etdirməklə SGC-dən faydalanmağa davam etməyi hədəfləyir. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz