Ədliyyə Nazirliyi əməkdaşını intizam məsuliyyətinə cəlb etdi
dliyyə Nazirliyi əməkdaşını intizam məsuliyyətinə cəlb edib.
Bu barədə qurumdan məlumat yayılıb.
Bildirilib ki, vətəndaş H.Poluyevanın mülki mübahisəsi ilə bağlı Ədliyyə Nazirliyi əməkdaşına istinadən məlumatlar dərc edilib və həmin əməkdaş vətəndaşa düzgün izah verməyib, səlahiyyətlərindən kənara çıxmaqla çaşqınlıq yaradıb.
Qeyd olunub ki, bununla əlaqədar H.Poluyeva müraciətində qaldırdığı məsələ ilə bağlı nazirlikdə vəkili ilə birgə qəbul edilərək ona hüquqları ətraflı izah olunub, habelə qeyd edilən nöqsanlara yol vermiş əməkdaş intizam məsuliyyətinə cəlb edilib.
Xatırladaq ki, bir müddət əvvəl Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə keçmiş kürəkəni Sadiq Poluzadə arasında məhkəmə çəkişməsi başlayıb. Həmin vaxt S.Poluzadə Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin işə qərəzli baxdığını, M.Mikayılovun təzyiqi ilə onun əleyhinə qərar çıxardığını iddia etmişdi.
Şikayət ictimailəşdikdən sonra məsələ araşdırılıb, hakim Şəhriyar Əliyevin çıxardığı qərarda pozuntular aşkar edilib və bununla bağlı araşdırma aparılıb.
Qeyd edək ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə onun keçmiş kürəkəni Sadiq Poluzadə boşansa da, aralarında mülkiyyətə görə məhkəmə çəkişməsi gedir. M.Məmmədovun qızı ona 64 min manat dəyərində qızıl-zinət əşyalarının çatmalı olduğunu iddia edir. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi