Əfqanıstan ÇAXNAŞMA ASTANASINDA: Yararsız xəbərdarlıqlar bitdi, müqavimətə qoşulun
Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh prezidentin olmadığı müddətdə müvəqqəti dövlət başçısı olduğunu bəyan edib.
Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, o, bu barədə "Twitter" hesabında yazıb.
"Əfqanıstan konstitusiyasına görə, prezidentin olmaması, qaçması, istefası və ya ölümü halında birinci vitse -prezident müvəqqəti prezident olur. Hazırda mən ölkəmdəyəm və qanuni müvəqqəti prezidentəm. Dəstək almaq üçün bütün liderlərlə əlaqə saxlayıram",- Saleh bilidirib.
O, həmvətənlərini "Taliban"la qarşıdurmaya çağırıb:
"ABŞ və NATO-dan fərqli olaraq ruhumuzu itirməmişik və qarşıda böyük imkanlar görürük. Yararsız xəbərdarlıqlar bitdi. Müqavimətə qoşulun".
Xatırladaq ki, bir neçə həftə əvvəl, ABŞ hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda respublikada vəziyyət kəskin pisləşdi. "Taliban" böyük şəhərlərə hücum etdi. Bazar günü Kabili tamamilə nəzarətə götürdü və ölkədə hakimiyyəti ələ keçirdi. Keçmiş prezident Əşrəf Qani ölkədən qaçdı".
"Taliban" siyasi bürosunun sözçüsü Məhəmməd Naim 20 illik müharibənin bitdiyini və yeni bir idarə formasının tezliklə aydınlaşacağını söyləyib.
Hüseyn

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq