"Əgər Rusiya bunu etməsə, Bakı sərt tədbir görəcək" – Sülhməramlıların təxribatı ilə bağlı AÇIQLAMA

Dünən axşam saatlarında Əsgəran-Ağdərə yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində 1 ədəd "BTR 82A" və 3 "Ural" markalı avtomobildən ibarət Rusiya sülhməramlı kontingentinin karvanı Azərbaycan postunda yoxlama üçün saxlanılıb. Baxış zamanı avtomobillərdən birinin yük hissəsində yataq döşəklərinin arasından gizlədilən azı 5 ədəd "Kalaşnikov" avtomatı aşkar edilib. Qaydaların kobud şəkildə pozulmasına – silah və sursatların sənədsiz daşınmasına cavab olaraq konvoy dayandırılaraq geri göndərilib.
KONKRET.az Minval.az-a istinadən xəbər verir ki, bu hadisə bir sıra qaranlıq məqamlara aydınlıq gətirib. Buradan belə nəticə çıxır ki, Kalaşnikov avtomatları qəsdən gizlədilib. Yəni, söhbətin silah qaçaqmalçılığından getdiyini istisna etmək olmaz. İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra bu, Rusiya sülhməramlıları ilə bağlı üzə çıxan ilk hadisədir. Bu məqam sülhməramlıların komandanlığı ilə bağlı müəyyən sualların yaranmasına səbəb olur.  Belə çıxır ki, onları heç bir sənəd olmadan gizli silah daşınması ilə məşğul olmaq üçün göndəriblər? Maraqlıdır, Rusiya Müdafiə Nazirliyi bu hadisə ilə bağlı Azərbaycan tərəfinə hər hansı izahat verəcəkmi? Bəs Azərbaycanın hansı cavab tədbirləri görmək hüququ var?
Qafqaz Siyasi Təhlil Mərkəzinin direktoru Əhməd Əlili bildirib ki, Azərbaycan Rusiya qoşunlarının Qarabağdakı davranışından narazıdır:
"Uzun müddətdir ki, Ermənistan silahlı qüvvələri Rusiya hərbçilərinin himayəsi altında orada yerləşdirilib. Bu, artıq gizlədilmir", – deyə prezident İlham Əliyev bildirib. Ermənistan tərəfi isə bunu özünün Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dili ilə praktiki olaraq təsdiqləyib. Bu, 2020-ci ilin Noyabr ayında imzalanan Üçtərəfli Bəyanatın indiyə qədər pozulduğunu göstərir. Qarabağda müvəqqəti yerləşdirilən rus qoşunları isə buna qarşı heç bir tədbir görməyiblər, konkret addım atmayıblar. Bu baxımdan prezidentin açıqlamasının və onun ətrafında baş verənlərin çox önəmli olduğunu düşünürəm", – deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Qarabağdakı rus qoşunlarının statusu prezident Əliyevdən birbaşa asılıdır: "Nə qədər ki, Azərbaycan rəhbəri Qarabağda yerləşən Rusiya hərbçilərini sülhməramlı adlandırır, onlar belə hesab olunacaqlar. Ancaq onları sülhməramlı adlandırmağı dayandırdığı gün rusiyalı hərbçilərin maksimum statusu yumşaq desək "Qarabağdakı işğalçı qüvvələr" kimi qələmə verilə bilər. Yəni əgər çıxmasalar o zaman bu cür adlandırılacaqlar. Hamımız bilirik ki, Azərbaycan çox konkret addımlar atmaqda qərarlıdır. Hələlik Bakı baş verən hər şeyə çox dözümlü yanaşır, lakin müəyyən qırmızı xətt var və Rusiya və Ermənistan tərəfi onu keçməyə təhlükəli dərəcədə yaxındır. Həm prezidentin son bəyanatları, həm də ötən gün nəzarət-buraxılış məntəqəsində baş verənlər göstərir ki, rus hərbçiləri buna çox yaxındırlar", – Əlili bildirib.
Eyni zamanda politoloq hesab edir ki, son vaxtlar Rusiya tərəfi Azərbaycanın maraqlarının tam təmin olunmasına çalışır: "Biz görürük ki, hətta Rusiyanın Azərbaycandakı səfiri də Şuşaya səfər edib. Beləliklə, Rusiya ATƏT-in keçmiş Minsk qrupunun müharibədən sonra belə bir addım atan ilk həmsədr ölkəsi oldu. Bu, çox diqqətəlayiq bir faktdır. Ona görə də hesab edirəm ki, Rusiya keçid məntəqəsində tapılan silahlarla bağlı məsələni nəzərə alacaq və bununla bağlı Azərbaycanın bütün iddialarını təmin etmək üçün əlindən gələni edəcək. Əgər bu baş verməsə, o zaman Bakının adekvat addım atması mümkündür. Yəni bundan sonra prezident Əliyevin də dediyi kimi, Azərbaycan öz atacağı addımları müstəqil şəkildə müəyyən edəcək", – deyə ekspert fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 21 iyul 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyədən maraqlı addım: NATO sammitində Trampa görə bunu edəcəklər

Ankarada keçiriləcək NATO sammitinin təşkilatçıları Donald Trampın toplantılar zamanı diqqətini çəkmək məqsədilə iclasların müddətini qısaltmağı planlaşdırırlar. KONKRET.azxəbər verir ki, "Politico"nun mənbələr

Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı

Rusiyada yanacaq böhranı getdikcə daha da dərinləşir. Ölkənin müxtəlif regionlarında benzin qıtlığı müşahidə olunur, yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb. . Novorossiysk şəhərində benzin tamamil

Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar

ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirak etmək üçün Ankaraya səfəri ilə bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb. KONKRET.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının qalacağı hotel onu

İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədr İsraili aprel ayında dayandırılan müharibəyə yenidən cəlb etməklə hədələyib. ISNA-nın xəbərinə görə, Məhəmməd Baqer Zolqədr deyib ki, İran Amerikanı

Trampı Ankarada Ərdoğan qarşıladı

ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək üçün Ankarada səfərdədir. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. ABŞ liderini hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Qey

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:. 1. 1-ci madd

Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib

Bu gün Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Heydər Əliye

Rusiyanın bu qərarı Azərbaycanda da tətbiq olunacaq? - VACİB AÇIQLAMA

"Rusiyada müqaviləli hərbçilərin və səfərbərliklə xidmətə çağırılan şəxslərin tibbi müayinəsi qaydalarında nəzərdə tutulan dəyişikliklərin Azərbaycanda tətbiqi üçün hazırda hər hansı zərurət yoxdur". Bu fikri mövz

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramında


son xeberler yeni xeberler azerbaycan xeberleri bugünkü son xəbərlər xeber saytlari valyuta mezennesi banklar cəbhədən son dəqiqə