Əhaliyə hər ay veriləcək pulun məbləği artır - 44 AZN-dən... - VİDEO
Gələn il bütün müavinətlərdə artım proqnozlaşdırılır.
azxeber.com Xezer TV-yə istinadən xəbər verir ki, Hesablama Palatası "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə qeyd edib ki, hamiləliyə və doğuma görə müavinətlər artırılır.
Növbəti ildə bu növ müavinətlərin maliyyələşdirilməsi üzrə 48 mln. manat vəsaitin xərclənəcəyi proqnozlaşdırılır. Bu da bu ilin proqnoz göstəricisindən 900 min manat və ya 1,9%, ilin sonuna gözlənilən icradan isə 4 mln. manat və ya 9,1% çoxdur.
Deputat Tahir Kərimli deyib ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında sözügedən qanun layihəsinin müzakirəsi zamanı bu kimi məsələlər ətraflı müzakirə olunub.
O qeyd edib ki, bugünədək bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat olub. Gələn il 3 yaşına çatanadək uşaqlara qulluğa görə müavinət üçün 11 milyon manat ayrılacaq.
Tahir Kərimlinin sözlərinə görə, komitənin iclasında həmçinin kredit faizlərinin aşağı salınması, kənd yerlərində girov qoymadan kredit verilməsi məsələsinə də diqqət çəkilib.
Millət vəkli qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır. Büdcədə xeyli yeniliklər var.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var