Əhaliyə ŞAD XƏBƏR: Novruz tətilinə qədər
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a Azərbaycanın avtomobil bazarındakı vəziyyəti şərh edib.
Ekspert bildirib ki, hazırda ölkənin avtomobil bazarında vəziyyət sabitdir:
"Yanvarın ilk həftəsində ölkəyə idxal olunan komfortlu avtomobillərin qiymətində təxminən 5 faiz artım olub. Ondan sonra bazarda qiymət dəyişikliyi qeydə alınmayıb. Yanvar ayının statistikasına görə, ikinci əl avtomobil bazarında mühərrik həcmi 3000 kubsantimetrdən yuxarı olan maşınların qiymətində təxminən 5 faiz azalma müşahidə etmişdik. Bunu ötən il ərzində "Aİ-95" markalı benzinin qiymətinin yüksəlməsi və sığorta qiymətlərinin dəyişməsi ilə əlaqələndirə bilərik. Fevral ayında isə yanvara nisbətən bazar daha fəal olub. Qiymətlərdə kəskin artım və eniş yoxdur. Ən azından Novruz tətilinə qədər qiymətlər sabit qalacaq.
Yeni avtomobillərə gəldikdə, daha çox mini krossover və krossoverlərə maraq var. Həmçinin hibridlərə maraq var. Elektromobillərin idxalı zamanı rüsumlardan azad olunmadan sonra bu tip avtomobillərə də maraq artıb.
Bu gün ölkəyə idxal olunan yeni avtomobillər arasında hibridlərin sayı getdikcə artır. Həmçinin Avropa İttifaqı istehsalı olan yeni marka və modellərin də gəlməsi davam edir. Ötən ilin sonunda Aİ ölkələrində istehsal olunan avtomobillərin artıq Bakı şəhərində rəsmi dileri açılıb. Rusiya istehsallı avtomobillərin idxalı demək olar ki, sıfıra enib. Bunun əvəzində Çin istehsalı olan avtomobillərin idxalı artıb". / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu