Əhməd Şahidov ATƏT-in Vyana toplantısında revanşist çıxışlar edən erməni nümayəndələrə sərt cavab verdi

Əhməd Şahidov ATƏT-in Vyana toplantısında revanşist çıxışlar edən erməni nümayəndələrə sərt cavab verdiİyunun 2-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ATƏT-in Finlandiya Sədrliyi tərəfindən "Tolerantlıq və diskriminasiya" mövzusunda iki günlük toplantı işə başlayıb.
57 ölkənin səfirləri, diplomatları və rəsmi nümayəndələrinin qatıldığı tədbirdə ATƏT məkanında vətəndaş cəmiyyətinin müdafiəsi, insan hüquqları müdafiəçilərinin fəaliyyəti, dinc toplaşma azadlığının təmin edilməsi və bu sahədə mövcud çağırışlar müzakirə olunub.
Toplantıda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov panel müzakirəsində çıxış edib və Ermənistan nümayəndələrinin Azərbaycan əleyhinə təxribatçı və revanşist çıxışlarına kəskin etirazını bildirib.
Çıxışında Əhməd Şahidov bildirib ki, tədbirdə iştirak edən erməni nümayəndələr tərəfindən Azərbaycan əleyhinə koordinasiyalı hücum həyata keçirilir. "30 il işğala məruz qalan ölkənin nümayəndəsi kimi, bu revanşist və nifrət dolu ritorikaları qətiyyətlə pisləyirəm" deyə o vurğulayıb.
Əhməd Şahidov çıxışında Ermənistanın işğalı dövründə Azərbaycanın üzləşdiyi ağır faciələri bir daha xatırladıb. O, Xocalı soyqırımı, Bağanis Ayrım qətliamı, Ağdaban faciəsi, həmçinin Qarabağda dağıdılan məscidlər və Ermənistanın bölgəyə basdırdığı yüz minlərlə minanın hələ də mülki əhaliyə təhlükə yaratması barədə məlumat verib.
Bütün bu ağır faciələrə baxmayaraq, Azərbaycan tərəfinin sülhə sadiqliyini nümayiş etdirdiyini vurğulayan Əhməd Şahidov, regionda uzunmüddətli sülh və sabitlik üçün Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını vacib saydığını qeyd edib.
"Bu gün də biz Ermənistana sülh və barış əlimizi uzadırıq. Burada nifrət və düşmənçilik yox, mehriban qonşuluq və qarşılıqlı hörmət mühiti yaratmağa çalışaq. Müharibələr heç kimə fayda gətirməyib, yalnız dialoq və əməkdaşlıqla bölgəmizdə sabit və təhlükəsiz gələcək qura bilərik", — deyə Əhməd Şahidov çıxışında qeyd edib.

/ azxeber.com

Sosial       Tarix: 03 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbər zelzele gunun xeberleri