Ehud Barak İlham Əliyevə məktub ünvanladı
1999-2001-ci illərdə İsrail Dövlətinin Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ehud Barak Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
KONKRET.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Prezident İlham Əliyev!
Sizin mərhum atanız Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu bu günlər görkəmli siyasi xadimin, tarixi şəxsiyyətin və Liderin, müasir müstəqil Azərbaycanın banisinin həyat hekayəsini, nailiyyətlərini xatırlamaq üçün çox yaxşı fürsətdir.
Dövlət Təhlükəsizliyi Xidmətində yüksək rütbələrdən başlayaraq keçmiş Sovet İttifaqı rəhbərliyində çox məsul vəzifələrə, müstəqil Azərbaycanı təlatümlərdən xilas edərək inkişaf yoluna çıxarmağa qədər uzanan həyat yolunda o, hər zaman əsl Lider olduğunu sübut etmişdir. Heydər Əliyev güclü məntiqi, zəngin təcrübəsi, qətiyyəti və dərin biliyi ilə müsahiblərini həmişə heyrətləndirirdi. Sizin mərhum atanız dünya liderləri arasında böyük hörmətə malikdir. Mən onu şəxsən tanımaq şərəfinə nail olduğuma görə qürur hissi keçirir və dünya liderlərinin BMT-nin himayəsi altında Nyu-Yorkda Yeni Minilliyini qeyd etmək üçün keçirilən toplantıdakı görüşümüzü dəqiqliklə xatırlayıram. Bu dahi insanla etdiyimiz fikir mübadiləsi mənim üçün çox səmərəli olmaqla bərabər, onun beynəlxalq geosiyasət barədə aydın, düşünülmüş və praktik yönümlü fikirlərindən dərindən təsirlənmişdim.
Siz Heydər Əliyevin liderlik irsini Azərbaycan və onun xalqı uğrunda daha böyük yüksəkliklərə qaldırdığınıza görə qürurlanmalınız. Mən Sizi dost adlandırmaqdan qürur duyur, Sizə və Azərbaycana daha uğurlu gələcək arzu edirəm.
Allah Sizi qorusun!
Allah Azərbaycanı qorusun!".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi